“Yerli idarəetmə sistemində islahatlar aparılmalıdır” - SORĞU

“Yerli idarəetmə sistemində islahatlar aparılmalıdır” - SORĞU

Ötən dövrdə aparılmış institusional islahatlar nəticəsində mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyəti inzibati ərazi vahidləri ilə hüdudlaşan yerli bölmələri regional miqyasda yenidən təşkil edilib. Sözügedən orqanlar tərəfindən yerli xidmətlərin regional mərkəz, bölmə, yaxud filiallardan göstərilməsi yerli icra hakimiyyəti sistemində islahatlarla bağlı daim ictimai müzakirələr yaradıb.

 

Sfera.az bildirir ki, Sosial Tədqiqatlar Mərkəzi növbəti islahatlarla bağlı ictimai mövqeyi öyrənmək məqsədilə sorğular keçirib.

 

Nəticələrə əsasən, sorğuda iştirak edənlərin 69.4%-i yerli idarəetmə sistemində islahatların aparılmasını dəstəklədiyini bildirib:

 

“23.9%-i islahatlara ehtiyac görmədiyini ifadə edib. Respondentlərin 7.7%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib”.

 

Bildirilib ki, respondentlər arasında ali təhsillilərin 73.0%-i, orta təhsillilərin 64.8%-i islahatların aparılmasına dəstəyini qeyd edib.

 

“Kənd ərazi vahidlərində məskunlaşanların 60.9%-i, şəhərdə yaşayanların 74.2%-i islahatların aparılmasını dəstəkləyib”, - əlavə edilib.

 

Qeyd edək ki, sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, 18 yaş və ondan yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub.

 

Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

 

Günay


OXŞAR XƏBƏRLƏR

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...

Prezident onu yenidən rektor təyin etdi - FOTO

Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti ...