"Ukrayna müharibəsi Rusiyanın potensialını göstərdi, NATO-ya..." - Orban

"Ukrayna müharibəsi Rusiyanın potensialını göstərdi, NATO üzvlərinə hücum edə bilməyəcəklər".

 

Sfera.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.

 

O, bu gün dövlət radiosuna verdiyi müsahibəsində Rusiya ordusunun ukraynalılarla ciddi və çətin müharibə apardığını bildirib və qeyd edib ki, Rusiyanın Ukraynanı bir anda məğlub edəcək qədər gücü olsaydı, bunu çoxdan edərdi. Orban bildirib ki, NATO-nun hərbi imkanları Ukraynanın imkanlarından qat-qat üstündür, ona görə də Rusiyanın və ya başqa bir ölkənin NATO-ya hücum etməsi ehtimalı azdır. 

 

Qeyd edək ki, 2010-cu ildən hakimiyyətdə olan millətçi Viktor Orban gələn ay keçiriləcək Avropa Parlamenti seçkiləri üçün kampaniyasını münaqişəyə çox da dərindən qarışmamaq üzərində quraraq, səsvermənin Avropada müharibə və sülhün gedişatını müəyyən edəcəyini deyib.

 

Xatırladaq ki, Avropa İttifaqı və NATO üzvü olan Macarıstan Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynaya hərbi yardım göstərməkdən imtina edib. Macarıstan həmçinin NATO-nun Ukraynaya yardımla bağlı uzunmüddətli planından kənarda qalmaq istəyir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...

Sulu qar yağacaq – Xəbərdarlıq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir.   Bu barədə&n...

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 13-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə,  Abşeron ya...