Vaşinqton planı DƏYİŞİR: ABŞ Rusiyanı VURA BİLƏR

Vaşinqton planı DƏYİŞİR: ABŞ Rusiyanı VURA BİLƏR

"Ukraynada Rusiyanın irəliləməsinin qarşısını almaq mümkün olmasa, rəsmi Vaşinqton Rusiya ərazisindəki hədəflərin vurulmasında Amerika silahlarından istifadəyə icazə verəcək".


Sfera.az xəbər verir ki, belə bir iddia “New York Times” qəzetində öz əksini tapıb. 


Nəşr yazır ki, Rusiya ordusunun irəliləməsinin qarşısını almaq üçün ABŞ Ukraynaya hərbi dəstəyini artırır. Qəzetin şərhinə görə, ABŞ bu dəstəyin davamında müharibənin ilk günlərində elan etdiyi prinsiplərdən imtina edə bilər: “ABŞ administrasiyası əvvəldən bəyan edib ki, Ukrayna Rusiya ərazisində ABŞ silahlarından istifadə etməyəcək. Rəsmi Vaşinqton bu prinsipə sonuna qədər sadiq qalacağını vurğulamışdı. Amma vəziyyət dəyişərsə, yeni plan həyata keçiriləcək və Rusiya ilə ABŞ-nin birbaşa münaqişəyə girmək ehtimalı artacaq. Yəqin ki, ABŞ bir müddət sonra Ukraynaya Rusiyanı ABŞ silahları ilə vurmaq üçün bütün imkanları yaradacaq”. 


“New York Times” qəzetinin yazdığına görə, ABŞ dövlət katibi Entoni Blinken Prezident Co Baydeni bu məsələdə razı salmağa çalışır. Rusiya işğalının əvvəlindən Ukraynaya milyardlarla dollar dəyərində silah göndərən Bayden administrasiyası Kiyev qarşısında şərt qoymuşdu ki, ABŞ silahları Rusiya ərazisində istifadə edilməyəcək. “New York Times” qəzetinin şərhinə əsasən, Bayden ABŞ və Rusiyanı birbaşa qarşıdurmaya gətirə biləcək belə bir ssenariyə qəti şəkildə qarşıdır. Lakin cəbhədə son zamanlar yaranan vəziyyət ABŞ administrasiyasını fərqli planları da nəzərdən keçirməyə vadar edir. 


Qeyd edək ki, Ukrayna Rusiya ordusunun irəlilədəyinə görə Rusiya ərazisinə hücumlarını artırıb. Kiyev son aylarda xüsusilə Rusiyadakı enerji və infrastruktur obyektlərini hədəf alıb. Digər tərəfdən, Ukraynanın əlində olan silahlar ABŞ-nin verdiyi silahlar qədər təkmil deyil və imkanları məhduddur. Düşünülür ki, Kiyev ABŞ silahları ilə Rusiyaya hücum etsə, bu, Moskva üçün böyük zərbə olacaq. 


Xəbərə görə, Ukrayna Prezidenti Volodimir Zelenski keçən həftə Kiyevə səfər edən Blinkenlə məsələni müzakirə edib. Hələ müzakirə mərhələsində olan planın Baydenə rəsmi olaraq təqdim edilmədiyi də bildirilir. 


ABŞ Dövlət Departamenti məsələ ilə bağlı açıqlama verməkdən imtina etsə də, “New York Times”a danışan mənbələr vurğulayıb ki, Rusiyanın müharibədə yeni cəbhə açaraq Xarkova doğru irəliləməsi ABŞ-nin mövqeyini dəyişə bilər. 


Xatırladaq ki, Zelenski bu həftə “New York Times”a verdiyi açıqlamada Rusiyanın ABŞ silahları ilə hədəfə alına bilməməsinin Moskvaya böyük üstünlük verdiyini bildirmişdi.


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...

Sulu qar yağacaq – Xəbərdarlıq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir.   Bu barədə&n...

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 13-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə,  Abşeron ya...