"175 qadın münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalıb" - Bahar Muradova

Milli Məclisin bugünkü plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2023-cü ildə fəaliyyəti haqqında məlumatı dinlənilib.

 

Sfera.az xəbər verir ki, illik məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.

 

“Məlumat hazırlanarkən 62 mərkəzi, 76 yerli icra hakimiyyəti orqanının, Naxçıvan Muxtar Respublikasının mərkəzi qurumlarının və yerli icra hakimiyyəti orqanlarının, bir sıra qeyri hökumət təşkilatlarının məlumatlarından istifadə edilib”, - sədr bildirib.

 

B.Muradova qeyd edib ki, hesabat dövründə gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə (860) 302 müraciət daxil olub. Müraciət edənlərin 237 nəfəri qadın, 65 nəfəri kişi olub. Dəstək xəttinə edilən müraciətlərin sayı 2022‐ci illə müqayisədə 12,3% artıb. Müraciətlərin əksəriyyəti psixoloji (288) və fiziki zorakılıqla (146), cinsi zorakılıqla (6) bağlı olub. Şikayət edənlərin əksəriyyəti zorakılığın bir neçə növünün qurbanı olub və onlardan 175 nəfəri münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İran və Rusiya müdafiə nazirləri telefonla danışdı

İranın müdafiə naziri Əziz Nəsirzadə rusiyalı həmkarı Andrey Belousovla telefon danışığı aparıb.   Sfera.az xəbər verir ki, bu haqda TASS məlumat yay...

Onun tapşırığı ilə Gəncəyə zərbələr endirilib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Leyla Əliyeva Xızıdan görüntülər paylaşıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva sosial şəbəkə hesabında Xızı rayonundan görüntülər paylaşıb....

AZAL təyyarəsi Şərqi Aralıq dənizi üzərindən geri Bakıya dönür

AZAL-ın Bakı-Dammam (Səudiyyə Ərəbistanı) marşrutu üzrə uçan təyyarəsi Şərqi Aralıq dənizi üzərində geri dönür.   Sfera.az bu barədə "Flightrada...

Paytaxtın bu ərazisində 4 saat işıq olmayacaq

Yeni Ramana qəsəbəsinin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisinə daxil olan hissəsində 24 iyun tarixində 6 kV-luq hava xət...

ABŞ-ın Bəhreyn və Küveytdəki bazalarında hava hücumu XƏBƏRDARLĞI

ABŞ-nin Bəhreyn, Küveyt və Qətərdəki bazalarında hava hücumu xəbərdarlığı elan edilib.   Sfera.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya ...