"Prezidentimiz Nobel mükafatına layiq olan dövlət xadimi kimi tarixə düşəcək” - Fəzail Ağamalı

Siyasət
12:05 / 24.05.2024
1884
“Nəhayət, 4 kəndimizə qovuşduq, digərlərinin də geri qaytarılacağına zərrə şübhəm yoxdur”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fəzail Ağamalı deyib.
“Bölgəyə sülhün gətirilməsi üçün öncəliklə Ermənistan işğalına son qoymaq lazım idi. Bunu da Prezident İlham Əliyev etdi. Ona qarşı çıxanlar, maneə törətməyə çalışanlar oldu. Xüsusən də Fransa kimi ölkələrin müqaviməti qırıldı, Ermənistandakı faşist cəmiyyətinin müqaviməti də qırılmaqdadır. Nəticədə, bu cəhətdən də qələbə çalacaq və bölgəyə sülhü gətirəcəyik. Prezident İlham Əliyev Nobel mükafatına layiq olan dövlət xadimi kimi tarixə düşəcək”,- millət vəkili bildirib.
Firuzə Əliyeva