Dövlət Xidməti gənclər üçün daha bir tədbir keçirdi - FOTOLAR

Dövlət Xidməti gənclər üçün daha bir tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən elan edilmiş “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə və “28 May-Müstəqillik Günü”nə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev irsi: gənclərin vətənpərvərlik ruhunun formalaşdırılmasında rolu” elmi-praktiki seminar keçirilib.

 

Sfera.az xəbər verir ki, mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Elnur Allahverdiyev, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, 44 günlük Vətən müharibəsi iştirakçıları - Vətən Müharibəsi Qəhrəmanları polkovnik-leytenant Anar Mirzəyev, baş leytenant Qəzənfər Ağayev və digər şəxslər iştirak ediblər.

 

Tədbirdə çıxış edən Füzuli İsmayılov ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasəti nəticəsində gənc nəslin inkişafı, bilik və bacarıqlarının təmin olunması üçün hər cür şəraitin yarandığını bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan şanlı qələbələrdə Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdiyini qeyd edib. Həmçinin postmüharibə dövründə gənclər arasında vətənpərvərlik hisslərinin təbliğ olunmasının da vacib olduğunu vurğulayıb.

 






OXŞAR XƏBƏRLƏR

Qardaş Türkiyə rəhbərliyini alqışlayırıq - Azərbaycan XİN

Azərbaycan Xarici İşlər Nazirliyi PKK terror təşkilatının özünü ləğv etməsi barədə bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bu barədə qurumun &...

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...