"AXC müstəqillik mübarizəsinin nəticəsi deyil,  Rəsulzadə və Elçibəydən tarix uyduranlar..." - Millət vəkili

“Müstəqilliyimizin 106-cı il dönümündə Azərbaycan tarixçiliyi qarşısında, bəlkə də, ən ciddi problem hələ də yanlış olaraq suverenlik yolunun meydanlardan keçməsi kimi eyforiyanın davam etməsidir”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.

 

“Baxmayaraq ki, ən azı yaxın dövrdə yaşananlar göstərir ki, meydanlardan müstəqilliyə yol getmir, inqilablar yalnız ölkələr üzərində əl dəyişikliyinə gətirib çıxarır. Ona görə də biz ilk növbədə Xalq Cümhuriyyətinin Rəsulzadənin müstəqillik mübarizəsinin nəticəsi olması, yaxud meydan hərəkatının SSRİ-ni dağıtması kimi absurd düşüncələrdən uzaq durmalıyıq.

 

Azərbaycanın müstəqillik əldə etməsi hansısa ictimai-siyasi qüvvələrin və ya şəxslərin müstəsna xidməti deyil. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 29 dekabr 2000-ci il müraciətində də ifadə etdiyi kimi, “müstəqilliyimiz tarixi obyektiv proseslərin qanunauyğun nəticəsidir”.

 

Yəni müstəqilliyin təməlində 1918-ci ildə Çar Rusiyasının, 1991-ci ildə isə SSRİ-nin dağılması dayanır. Əksinə, nə Xalq Cümhuriyyəti, nə də Xalq Cəbhəsi suverenlik yolunda milli iradəni təmsil edə bildi və xalqın mənafeləri ziddinə tarixi cinayətlər törədildi. 1918-də İrəvan, 1991-93-cü illərdə bütövlükdə Qarabağ və Şərqi Zəngəzur xəyanətin qurbanı oldu.

 

Heydər Əliyevə qədər Azərbaycan özünün tarixinin heç bir dövründə müstəqilliyə aydın baxışa malik olmayıb. Hətta Cümhuriyyət dövrü və müstəqilliyin ilk illərində olduğu kimi, hələ də suverenliyi Rusiya ilə mübarizə kontekstində görənlər var. Amma cənab İlham Əliyev göstərdi ki, böyük siyasətdə cılızlığa yer yoxdur. Sual çıxır, 2012-ci ildə Rus hərbi bazasını, hazırda isə sülhməramlıları ölkədən çıxararkən 100 il öncəki, yaxud 90-cı illərin əvvəllərindəki davranışları niyə görmədik? Demək ki, problem Rusiya deyil, İrəvanı Ermənistana güzəştə gedən xəyanətkar təfəkkürlə, yaxud Xalq Cəbhəsi kimi cılız vizyonla yola çıxanda faciələr labüd olur”, - millət vəkili qeyd edib.

 

Deputatın sözlərinə görə, sözün əsl mənasında müstəqil davranmaq üçün ilk növbədə müstəqil dövlətçilik təfəkkürü ilə düşünmək lazımdır:

 

“Necə ki, Heydər Əliyevin sovet Azərbaycanı məhz bu təfəkkürün sayəsində Xalq Cümhuriyyətindən də, 1991-93-cü il Azərbaycanından da daha müstəqil davrana bilirdi. Amma, təəssüf ki, Əliyevlərə qədər ölkədə nəinki, bu təfəkkür hakim olmayıb, üstəlik hətta  başqalarında özümüzə ehtiram təlqin edə bilməmişdik. Ona görə müasir Azərbaycan quruculuğunun kökündə həqiqətlər dayanmalıdır. Bu xalq üçün var olan, müstəqilliyin təməlində dayanan həqiqət isə Heydər Əliyevdir”.

 

"Əlbəttə,  çox yanlış olaraq əks qütb formalaşdırmaq naminə Rəsulzadədən, Elçibəydən zorla olduğundan fərqli tarix uydurmağa çalışan psevdo tarixçilər hələ də müstəqillikdən konseptual formada danışa bilmir və bilməyəcək də, amma bu gün müasir Azərbaycan bütün bunların fövqündə dayanır və proseslər göstərir ki, bu coğrafiyada heç bir amil Əliyev kursu qədər müstəqilliyin qarantına çevrilə bilməz" - millət vəkili qeyd edib..

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...