İlham Əliyev: "Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini başa çatdırıb"

İlham Əliyev: "Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini başa çatdırıb"
Kateqoriya məlum deyil
T

Azərbaycan və Tacikistan Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçirib.

 

Sfera.az-ın məlumatına görə bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Tacikistan Prezidenti Emoməli Rəhmon ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib:

 

“Mən həmkarıma məlumat verdim ki, Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR