“Azərbaycanla İran nəhəng birgə layihələr həyata keçirir” - AÇIQLAMA

“Azərbaycanla İran nəhəng birgə layihələr həyata keçirir” - AÇIQLAMA

Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılışı Azərbaycanla İran İslam Respublikası arasında dostluq əlaqələrinin gücləndirilməsinə və yeni mərhələyə qədəm qoymasına böyük təkan verəcək tarixi hadisə idi.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.

 

“Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanla İran arasında mövcud dostluq, qardaşlıq əlaqələri, iki dövlət arasında həyata keçirilən birgə layihələr, Şimal-Cənub marşrut xəttinin səmərəliliyinin artırılması istiqamətində birgə fəaliyyət, eləcə də Azərbaycanda şaxələndirilmiş böyük nəqliyyat qovşağının yaradılması barədə məlumat verib. Azərbaycanla İran nəhəng birgə layihələr həyata keçirir və gələcəkdə yeni layihələrin reallaşdırılması üçün razılığa gəlib”.

 

Deputat qeyd edib ki, hər iki dövlət bütün beynəlxalq təşkilatlarda bir birini dəstəkləyir.

 

“Azərbaycan və İranın birgə yaratdıqları Şimal-Cənub Nəqliyyat Dəhlizi tək ölkələrimiz üçün deyil, bir çox dövlətlər üçün də böyük əhəmiyyət kəsb edir. Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilmişdir ki, bu da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu avtomobil körpüsü Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, həm də Şərq-Qərb Nəqliyyat Dəhlizinin də bir hissəsinə çevriləcək. Prezident İlham Əliyevin xarici siyasətinin əsas prioritet istiqamətini bütün dövlətlərlə qarşılıqlı hörmət çərçivəsində münasibətlərin qurulması təşkil edir.

 

Ölkə başçımız dəfələrlə vurğulayıb ki, regionda həyata keçirilən bütün layihələr region dövlətlərinin iştirakı ilə həll edilməlidir. Regiondan uzaqda yerləşən dövlətin müdaxiləsi isə yol verilməzdir. Ermənistan dövləti də bu reallığı qəbul etməli və regionda yerləşən bütün dövlətlərlə mehriban qonşuluq münasibətləri qurmalıdır. Bundan sonra Ermənistanın da regional iqtisadi layihələrdə iştirakı mümkün ola bilər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR