Çindən Tayvanla gərginliyi artıran addım: Ada ətrafında...

Çindən Tayvanla gərginliyi artıran addım: Ada ətrafında...
Kateqoriya məlum deyil
T

Tayvanın yeni Prezidenti Lai Çinqtenin vəzifəsinin icrasına başlamasından üç gün sonra Çin adanı və onun ətrafını əhatə edən sularda və hava məkanında hərbi təlimlər həyata keçirir.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, yeni prezidentin səlahiyyətlərinin icrasına başlamasından az sonra Çinin genişmiqyaslı təlimlər keçirməsində məqsədi Lai Çinqteyə mesaj verməkdir. Lai Çinqte prezident seçkilərindən öncə keçirilən kampaniyada açıq şəkildə Tayvanın suverenliyi üçün mübarizə aparacağını bəyan edib. Rəsmi Pekin təşkil etdiyi hərbi təlimlərlə Lai Çinqteyə xəbərdarlıq etmiş olacaq. 


Qeyd edək ki, Çinin hərbi rəhbərliyi də təlimlərin əsas məqsədini gizlətməyib. Hərbi komandanlığın sözçüsü Li Xi bildirib ki, təlim Tayvanın müstəqilliyini arzulayan qüvvələrin müdaxiləsinə qarşı xəbərdarlıqdır. 


Quru, hava, dəniz və raket qüvvələrinin birliklərinin iştirak etdiyi “Birgə Qılınc-2024A” adlı təlim 2 gün davam edəcək. 


Vasif
 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR