“Tramp nasist Almaniyasının yolu ilə gedir” - Baydendən AĞIR İTTİHAM

“Tramp nasist Almaniyasının yolu ilə gedir” - Baydendən AĞIR İTTİHAM

ABŞ Prezidenti Co Bayden Amerikanın keçmiş lideri Donald Trampı nasist Almaniyasının yolu ilə getməkdə ittiham edib. 


Sfera.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. 


Nəşrin yaydığı məlumata görə, Respublikaçıların seçki qərargahı “birləşmiş Reyx” ifadəsinin yer aldığı video paylaşıb, amma qısa müddət sonra həmin videonu silib. Bayden bu cür təbliğat formasına görə Trampı sərt şəkildə tənqid edib: “Tramp ilk dəfə deyil ki, bu yola gedir. Qarşı tərəfin düşüncəsini ifadə etmək üçün bundan daha aydın təbliğat forması ola bilməzdi. Trampın ikinci dəfə yaratdığı təhlükə birinci dəfə olduğundan daha böyükdür”. 


Baydenin fikrincə, Tramp və komandası ABŞ-nin demokratik idarəçiliyinə təhlükə yaradır. Tramp da rəqibini ağır şəkildə tənqid edib. Bir müddət əvvəl o, Baydeni psixi problemlərə görə Ağ Evi idarə etməyə yararsız olmaqda ittiham etmişdi. Tramp hesab edir ki, Bayden demokratiya üçün ciddi təhlükə yaratdığından vəzifəsindən uzaqlaşdırılmalıdır.


Vasif


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...