Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Əliyevlə vida mərasimi KEÇİRİLİR

Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Əliyevlə vida mərasimi KEÇİRİLİR
Kateqoriya məlum deyil
T

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ədalət Veysəl oğlu Əliyevin meyitinin qalıqları Tərtər rayonunun Kələntərli kəndinə gətirilib.

 

Sfera.az-ın report-a istinadən məlumatına görə, şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.

 

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

 

Qeyd edək ki, Ədalət Veysəl oğlu Əliyev 1973-cü il sentyabrın 18-də Kəlbəcər rayonunun Çorman kəndində anadan olub. O, 1994-cü il yanvarın 27-də Kəlbəcər rayonunun Bozlu kəndi istiqamətində itkin düşüb.

 

Ə.Əliyev Tərtər rayonu ümumşəhər qəbiristanlığında dəfn olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR