Avropanın 3 ölkəsi Fələstini müstəqil dövlət kimi TANIYACAQ 

Avropanın 3 ölkəsi Fələstini müstəqil dövlət kimi TANIYACAQ 

İspaniyanın Baş naziri Pedro Sançes Deputatlar Konqresində çıxışı zamanı Fələstinin müstəqil dövlət kimi tanındığını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, onun sözlərinə görə, iki dövlətli həll yeganə “ədalətli və davamlı” həll yoludur. Yaxın Şərqdəki münaqişənin həlli üçün İsrail və Fələstin danışıqlar masasına oturmalıdır.

 

Oxşar qərarı İrlandiyanın Baş naziri Saymon Harris və Norveçin Baş naziri Yonas Qar Störe də açıqlayıb.

 

Bu məsələ ilə bağlı rəsmi sənədlər mayın 28-dən qüvvəyə minəcək.

 

İsrail Xarici İşlər Nazirliyi bu bəyanatlara cavab olaraq bu ölkələrdəki səfirlərini məsləhətləşmələr üçün geri çağıraraq, Fələstini tanımaq qərarına gələnlər üçün ağır nəticələr vəd edib.

 

Avropa ölkələri arasında bu ana qədər Fələstinin müstəqilliyi müxtəlif illərdə Bolqarıstan, Kipr, Çexiya, Macarıstan, Malta, Polşa, Rumıniya, Slovakiya və İsveç tərəfindən tanınıb. Ümumilikdə BMT-nin 193 ölkəsindən 143-ü Fələstini ayrıca dövlət hesab edir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

lham Əliyev Albaniyada işgüzar səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi B...

Zelenski və Ərdoğan sabah Avropa liderləri ilə Albaniyada görüşəcək

Ukrayna prezidenti Volodimir Zelenski sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa Siyasi Birliyini...

Kürdə suyun səviyyəsi son 15 ildə ilk dəfə artdı

2010-cu ildə baş verən daşqınları çıxmaq şərti ilə, yaxın 15 ildə Kürdə suyun qalxması nəticəsində çay öz məcrasından çıxmayıb. Son illərdə ilk dəfədir ki, bu i...

Mövsümün ən yaxşı baş məşqçisi kim olacaq?

İngiltərə Premyer Liqası 2024/25 mövsümünün ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə turni...

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan şəxs tapılıb.   DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, itkin kimi axtarı...

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...