“İran ABŞ-dən yardım istəyib, lakin Vaşinqton…” – Helikopter qəzasının daha bir TƏFƏRRÜATI

“İran ABŞ-dən yardım istəyib, lakin Vaşinqton…” – Helikopter qəzasının daha bir TƏFƏRRÜATI

"Bu ilin mayın 19-da İran prezidentini və xarici işlər nazirini daşıyan helikopterin qəzaya uğramasından sonra rəsmi Tehran ABŞ-dən kömək istəyib". 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlayıb. 


Miller bildirib ki, İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətini daşıyan helikopter qəzaya uğradıqdan sonra İran ABŞ-dən qəza yerinin tapılması üçün yardım istəyib. ABŞ rəsmisi mediaya verdiyi açıqlamada, İranın hansı formada yardım istədiyini isə açıqlamayıb. 


O, qarşı tərəfə ABŞ-nin bu vəziyyətdə olan istənilən hökuməti dəstəkləməyə hazır olduğuna dair mesajı çatdırdıqlarını söyləyib: “Buna baxmayaraq, ABŞ logistik əlaqələrin olmaması səbəbindən İrana istədiyi yardımı verə bilməyib”. 


Vasif


OXŞAR XƏBƏRLƏR

"Kapital Bank" əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak etdilər

"Kapital Bank" əməkdaşları Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin iştirakı ilə həyata keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak ediblər. ...

İtkin düşən 84 yaşlı kişinin meyiti tapıldı

Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub.   Sfera.az xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 y...

Bu 4 bürcə ŞAD XƏBƏR - Yeni mərhələ başlayır

30 aprel - 6 iyun tarixləri arasında bəzi bürclər həyatda yeni bir mərhələyə qədəm qoyacaq.   Sfera.az xəbər verir ki, astroloq Kateryna Solovio...

Azərbaycan-İran münasibətləri möhkəm təməl üzərində inkişaf edir

Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Hər iki xalq islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları birləş...

“20 Yanvar”da özünü qəsdən maşınların altına atır- VİDEO

Bakı şəhər Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır. &n...

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb.   Sfera.az birja məlumatlarına istinadən xəbər ...