İbrahim Rəisinin xatirəsi Milli Məclisdə bir dəqiqəlik sükutla yad edildi

Siyasət
13:54 / 21.05.2024
12447
Helikopter qəzasında həlak olan İran Prezidenti və digərlərinin xatirələri Milli Məclisdə bir dəqiqəlik sükutla yad edilib.
Sfera.az xəbər verir ki, bununla bağlı təklif Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarovadan gəlib.
“Bildiyimiz kimi, İran İslam Respublikası Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onları müşayiət edən şəxslər helikopter qəzasında həlak olublar. Faciə ilə bağlı qardaş ölkənin acısına şərik oluruq. Ölənlərə allahdan rəhmət, ailələrinə səbir diləyirik . Qəzada həlak olanların ruhunu 1 dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin”, - sədr bildirib.
Firuzə Əliyeva