"Gürcüstanla da Qazax və Zaqataladan yollar açılmalıdır" - Milli Məclisdə TƏKLİF

“Digər ölkələrlə yolların və körpülərin artırılması vacibdir”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.
“Azərbaycan şərqlə qərbin birləşdirilməsini həyata keçirir, qədim İpək yolunun bərpasına çalışır. Tək Rusiya ilə yox, Gürcüstanla da sərhəd yerlərdən, yəni Qazax, Zaqataladan yollar açılmalıdır. Qırmızı körpüdən keçənlər 70 km keçib çatırlar Zaqatalaya, halbuki, digər tərəfdən daxil olsalar, 15 km qət edərək evlərinə çata bilərlər. Bu yollar bilavasitə birləşdirici rolunu oynayır. Zəngəzur dəhlizi açılana, təmir olunana qədər digər yolları da qaydasına salmalıyıq. Rusiya ilə gömrükdən şikayətlər də eşidirik. Onlar qalırlar gömrükdə, məhsullar hətta xarab olma həddinə çatır. O baxımdan, hesab edirəm ki, yolların genişləndirilməsi vacibdir. Eyni zamanda, Türkiyə ilə də belə yollar artmalıdır”, - millət vəkili qeyd edib.
Firuzə Əliyeva