Deputatdan sosial şəbəkələrdəki təhlükə ilə bağlı TƏKLİF: "Dövlət nəzarət etməlidir"

Siyasət
13:15 / 21.05.2024
4300
“Sosial şəbəkələrdə şirnikləndirici iş elanları təklif olunur”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev deyib.
“Ofisə dəvət olunanların təklifdən başı fırlanır. Onların sözü ilə gedir kredit götürür. Şəbəkə biznesləri üzrə də kütləvi maarifləndirməyə ehtiyac var. O dələduzlara haqq qazandırmaq istəmirəm, amma əgər belə bir şey varsa, dövlət tərəfindən nəzarət olunmalıdır. Beləliklə, həm büdcəyə vəsait daxil olar, həm də azad biznes fikirləri boğulmaz”.
Firuzə Əliyeva