Putindən Xarkovla bağlı MÜHÜM AÇIQLAMA: \"Bu gün...\"

Putindən Xarkovla bağlı MÜHÜM AÇIQLAMA: \

Rusiya Prezidenti Vladimir Putin Çində keçirdiyi mətbuat konfransında Ukraynanın Xarkov vilayətinə hücumla bağlı sualı cavablandırıb. 


Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, Putin bu suala cavabında rus ordusunun Xarkov vilayətini ələ keçirmək planının olmadığını bildirib.

 

"Xarkova gəlincə, bu gün belə plan yoxdur", - Rusiya rəhbəri bildirib.


Putin Xarkov istiqamətində hücumun Rusiyanın sərhəd rayonlarının, o cümlədən Belqorodun atəşə tutulmasına cavab olduğunu deyib: “Mən açıq şəkildə dedim ki, belə davam edərsə, biz təhlükəsizlik zonası yaratmağa məcbur olacağıq. Biz bunu edirik”. 


Rusiya dövlət başçısı Xarkov vilayətində yaranan vəziyyətə görə Ukrayna rəhbərliyini günahlandırıb. O bildirib ki, rus qoşunları hər gün plan üzrə hərəkət edərək bu istiqamətdə nəticələr əldə edirlər. 


Bu gün Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Xarkov vilayətində döyüşlərin şiddətlənməsi haqqında məlumat yayıb. Onun sözlərinə görə, Xarkov istiqamətində aktiv döyüş əməliyyatları zonası təxminən 70 km genişlənib. 


Xatırladaq ki, Rusiya ordusu mayın 10-dan Xarkov vilayətinə qurudan hücumlara başlayıb. İndiyə qədər Rusiya ordusu vilayət ərazisinə daxil olan bir neçə yaşayış məntəqəsini işğal edə bilib. 


Vasif


OXŞAR XƏBƏRLƏR