Türkiyə dollardan imtina edir

Türkiyə dollardan imtina edir
Türkiyə Diyanət İşləri Başqanlığı Həcc və Ümrə ziyarətlərinin milli valyuta ilə həyata keçirilməsi barədə qərar qəbul edib.

Axar.az xəbər verir ki, qurumdan verilən açıqlamada əməliyyatların Türkiyə lirəsi ilə reallaşması üçün aparılan çalışmaların sona çatdığı bildirilib.

Qərar bu gündən qüvvəyə minib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə dolların bahalaşmasına cavab olaraq əhalini bu valyutadan imtina etməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR