İndoneziyadan ABŞ-ni qəzəbləndirəcək ADDIM: "Onları alacağıq"

İndoneziyadan ABŞ-ni qəzəbləndirəcək ADDIM:

“İndoneziya Rusiyadan Su-35 qırıcılarının alınması ilə bağlı müqaviləni heç vaxt ləğv etməyib və onun həyata keçirilməsinə qayıtmaq üçün vəziyyətin daha əlverişli olmasını gözləyir”.

 

Sfera.az “TASS”a istinadən xəbər verir ki, bunu İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares deyib.

 

Onun bildirdiyinə görə, İndoneziya ordusunun arsenalında olan silahların təxminən 30%-i Rusiya istehsalıdır.

 

Xatırladaq ki,”CNN İndoneziya” xəbər portalı 2021-ci ilin dekabr ayının sonlarında bildirmişdi ki, İndoneziya hökuməti maliyyə çatışmazlığı səbəbindən Rusiya istehsalı olan 11 ədəd Su-35 qırıcısını almaq planlarından imtina edib.

 

“Bloomberg” isə 2020-ci ilin martında bildirmişdi ki, müqavilədən imtinanın səbəbi İndoneziya hakimiyyətinin COVID-19 pandemiyasına görə büdcədə yaranan vəsait çatışmazlığından əlavə ABŞ-nin təhdidləridir. Məlumata görə, ABŞ müqavilənin həyata keçirildiyi təqdirdə İndoneziyaya qarşı sanksiyalar tətbiq edəcək.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR