Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

 

Sfera.az-ın məlumatına görə, dövət başçısının imzaladığı sənəddə qeyd edilib ki, 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına min manat məbləğində birdəfəlik maddi yardım verilsin.

 

Sərəncamın icrası üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılacaq.


OXŞAR XƏBƏRLƏR

Bayramov Səidovla görüşdü: İsrail-İran gərginliyi...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 21-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən 51-ci sessiyas...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 26, 27, 28 və 29 iyun t...

Prezident İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam inzalayıb.   Sfera.az xəbər verir ki, sərəncama əsasən, dövlət q...

Ölümdən sonra yenidən doğuluruq? - Quranda bildirilir ki...

İnsan ruhunun bir bədəndən ayrıldıqdan sonra başqa bir bədəndə yenidən doğulduğuna inananların sayı artmaqdadır. Bu anlayış reinkarnasiya adlanır və qədim zaman...

Prezident onu vəzifədən azad etdi - SƏRƏNCAM​​​​​​​

Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bunu...

Qaçırıldığı deyilən Nəzrin: Sevib getmişəm

Abşeron rayonunda 16 yaşlı Nəzrin Babayevanın qaçırılması ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi rezonans doğurub. Hadisəyə görə ittiham olunan şəxs Aşağ...