Prezident Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ÜNVANLADI

Prezident Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ÜNVANLADI

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.

 

Sfera.az xəbər verir ki, məktubda deyilir:

 

"Hörmətli həmvətənlər!

 

Müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

 

Qədim dövlətçilik tarixinə malik olan Azərbaycanda ayrı-ayrı xalqların və etiqadların mənsubları yüz illərdir ki, sülh və əmin-amanlıq şəraitində yaşayır, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlayırlar. Xalqımıza xas zəngin tolerantlıq ənənələrinin, multikultural dəyərlərin təbliği və təşviqi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

 

Bu gün Azərbaycan Respublikası müxtəlif dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimad mühitinin, demokratik birgəyaşayış prinsiplərinin mövcud olduğu unikal bir məkandır və dünyada sivilizasiyalararası münasibətlərin inkişafına mühüm töhfələr verir.

 

Cəmiyyətimizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin mədəni özünüifadəsi üçün bərabər imkanlar yaradılmışdır. Təqdirəlayiq haldır ki, ölkəmizin bütün etnik və dini azlıqları, o cümlədən xristian vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər.

 

Əziz həmvətənlər!

 

Dirçəlişin, yeniliyin, mərhəmət və xeyirxahlıq duyğularının rəmzi olan Pasxa bayramı münasibətilə bir daha hər birinizə cansağlığı, xoşbəxtlik, ailələrinizə firavanlıq arzulayıram.

 

Bayramınız mübarək olsun!".


OXŞAR XƏBƏRLƏR

Bayramov Səidovla görüşdü: İsrail-İran gərginliyi...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 21-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən 51-ci sessiyas...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 26, 27, 28 və 29 iyun t...

Prezident İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam inzalayıb.   Sfera.az xəbər verir ki, sərəncama əsasən, dövlət q...

Ölümdən sonra yenidən doğuluruq? - Quranda bildirilir ki...

İnsan ruhunun bir bədəndən ayrıldıqdan sonra başqa bir bədəndə yenidən doğulduğuna inananların sayı artmaqdadır. Bu anlayış reinkarnasiya adlanır və qədim zaman...

Prezident onu vəzifədən azad etdi - SƏRƏNCAM​​​​​​​

Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bunu...

Qaçırıldığı deyilən Nəzrin: Sevib getmişəm

Abşeron rayonunda 16 yaşlı Nəzrin Babayevanın qaçırılması ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi rezonans doğurub. Hadisəyə görə ittiham olunan şəxs Aşağ...