Şahin Mustafayev Rusiyaya SƏFƏR EDƏCƏK

Şahin Mustafayev Rusiyaya SƏFƏR EDƏCƏK

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi mayın 17-də Kazan şəhərində dəyirmi masa keçirəcək.

 

Sfera.az bu barədə “Rusiya - İslam Dünyası: KazanForum” Beynəlxalq İqtisadi Forumunun rəsmi saytına istinadən xəbər verir.

 

“KazanForum” çərçivəsində mayın 17-də AZPROMO və Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə “Rusiya və Azərbaycan” adlı dəyirmi masa keçiriləcək”, - məlumatda qeyd edilib.

 

Tədbirdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Rusiya iqtisadiyyat nazirinin müavini Dmitri Volvaç, AZPROMO-nun rəhbəri Yusif Abdullayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və digər rəsmi şəxslər iştirak edəcək.

 

“Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas tərəfdaşıdır. Hazırda bir neçə birgə meqalayihə hazırlanır ki, bunlar təkcə ikitərəfli deyil, həm də qlobal xarakter daşıyacaq. Buraya “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı, yanacaq-energetika, sənaye istehsalı sahələrində əməkdaşlıq daxildir. Rusiya Azərbaycanın ilk üç əsas ticarət tərəfdaşından biridir və Azərbaycanın qeyri-karbohidrogen məhsullarının idxalında birinci yerdədir”, - məlumatda vurğulanıb.

 

Xatırladaq ki, “KazanForum” 2024-cü il mayın 14-dən 19-dək Tatarıstanda keçiriləcək. Bu tədbirdə Azərbaycan, Əlcəzair, Əfqanıstan, Bəhreyn, Misir, İndoneziya, İran, Qazaxıstan, Qətər, Küveyt, Malayziya, Mərakeş, BƏƏ, Suriya, Tacikistan, Özbəkistan və digər ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.


OXŞAR XƏBƏRLƏR

Bəşər Əsədin əmisi oğlu saxlanıldı

Suriyada ölkənin keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsəd saxlanılıb.    Sfera.az xəbər verir ki, bu barədə məlumatı Suriyanın Daxil...

MEDİA-nın təşkil etdiyi müsabiqədə 17 qəzet QALİB OLDU – FOTO

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin t...

İsrail Şirazda hərbi mərkəzə zərbə endirdi

İsrail İranın Şiraz şəhərindəki hərbi mərkəzə hava zərbəsi endirib.   Sfera.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb....

Saakyandan məhkəmədə Azərbaycanla bağlı etiraf

İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində ...

Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri AÇIQLANDI – FOTO

  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin güclə...

Baş Prokurorluqda yüksək vəzifəyə təyin olunan Səbuhi Alıyev kimdir?

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Səbuhi Alıyev Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi vəzifəsinə təyin edilib. &n...