İlham Əliyev: "Son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub"

İlham Əliyev:

Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub, yağıntının miqdarı əhəmiyyətli dərəcədə azalıb.

 

Sfera.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edərkən deyib.

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın məqsədi dünya ölkələri arasında iqlim dəyişmələri mövzusunda həmrəyliyin və birgə fəaliyyətin gücləndirilməsidir. Bütün dünya ölkələri, o cümlədən Azərbaycan iqlim dəyişmələrinin mənfi təsirlərinə və fəsadlarına məruz qalıb. Belə ki, artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub, yağıntının miqdarı əhəmiyyətli dərəcədə azalıb. Bu il yağıntının miqdarının artması prosesi baş versə də, bütövlükdə Azərbaycan bundan əziyyət çəkir.

 

Azərbaycan Prezidenti vurğulayıb ki, Xəzər dənizinin suyunun çəkilməsi prosesi müşahidə olunur və bu da ciddi narahatlıq doğuran məqamdır.

 


OXŞAR XƏBƏRLƏR

Ölümdən sonra yenidən doğuluruq? - Quranda bildirilir ki...

İnsan ruhunun bir bədəndən ayrıldıqdan sonra başqa bir bədəndə yenidən doğulduğuna inananların sayı artmaqdadır. Bu anlayış reinkarnasiya adlanır və qədim zaman...

Prezident onu vəzifədən azad etdi - SƏRƏNCAM​​​​​​​

Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bunu...

Qaçırıldığı deyilən Nəzrin: Sevib getmişəm

Abşeron rayonunda 16 yaşlı Nəzrin Babayevanın qaçırılması ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi rezonans doğurub. Hadisəyə görə ittiham olunan şəxs Aşağ...

“Sabah”ın oyunlarının saatı açıqlandı

“Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Çelye”yə qarşı keçirəcəyi oyunların vaxtı açıqlanıb.   Sfera.az x...

Bəşər Əsədin əmisi oğlu saxlanıldı

Suriyada ölkənin keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsəd saxlanılıb.    Sfera.az xəbər verir ki, bu barədə məlumatı Suriyanın Daxil...

MEDİA-nın təşkil etdiyi müsabiqədə 17 qəzet QALİB OLDU – FOTO

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin t...