Spiker: \"Azərbaycan dostluq şəraitində yaşayan etnik və dini qrupların evidir\"

Spiker: \

Müxtəlif mədəniyyətlər, dinlər və baxışlar arasında körpülər qurmaq üçün yalnız dialoq vasitəsilə gərginliyi və qarşıdurmanı azaltmaq, ayırıcı xətləri aradan qaldırmaq və irəliləmək yolunda dürüst fikir mübadiləsinə başlamaq mümkündür.

 

Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin spikeri Sahibə Qafarova VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr" mövzusuna həsr olunmuş Parlamentlərarası konfransında çıxışı zamanı deyib.

 

“Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan ləyaqət, sülh və dostluq şəraitində birlikdə yaşayan müxtəlif etnik və dini qrupların evidir. Bu gün cəmiyyətimiz əsrlər boyu formalaşmış dəyərləri rəhbər tutur, - spiker əlavə edib.

 

Sahibə Qafarova xalqımızın nümayəndələri və parlament üzvləri olaraq, mümkün olan ən yaxşı həllərin tapılmasında iştirak etmək üçün əhəmiyyətli imkanlara sahib olduğumuzu bildirib: “Bu gün burada toplanaraq, mövcud müzakirələrə töhfə verməyə çalışırıq”.

 

Sədr qeyd edib ki, 30 il ərzində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı ölkəmizin mədəni irsi üçün fəlakətli nəticələrə səbəb olub.

 

“Mədəni irsimizin yüzlərlə obyekti qəsdən məhv edilib, talan olunub, qanunsuz yollarla mənimsənilib və daşınıb. Bu hərəkətlər Ermənistan tərəfindən işğal olunmuş ərazilərin mədəni irsinə hörmət edilməsi və qorunması üzrə beynəlxalq hüququn öhdəliklərinin ciddi şəkildə pozulmasıdır”, - o əlavə edib.

 

Sahibə Qafarova işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa işlərindən danışıb: “Azərbaycanın mədəni irsi burada əsrlər boyu yaşamış bütün etnik və dini qrupların irsini təmsil edir. Ölkəmizdə müxtəlif dini və mədəni abidələr, məscidlər, kilsələr və sinaqoqlar yan-yanadırlar. Bu cür mədəni müxtəliflik cəmiyyətimizin güclü tərəfidir və bu dəyərlərə hörmət dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.

 

Bütün tarixi və dini abidələrin dövlətin himayəsində olduğunu bildirən Milli Məclisin sədri qeyd edib ki, onların yüzlərlə nümunəsi dövlət maliyyəsi ilə bərpa edilib və qorunub saxlanılıb”.


OXŞAR XƏBƏRLƏR

Saakyandan məhkəmədə Azərbaycanla bağlı etiraf

İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində ...

Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri AÇIQLANDI – FOTO

  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin güclə...

Baş Prokurorluqda yüksək vəzifəyə təyin olunan Səbuhi Alıyev kimdir?

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Səbuhi Alıyev Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi vəzifəsinə təyin edilib. &n...

Bakıda su təchizatı tam bərpa edilib? - AÇIQLAMA

Artıq bir neçə gündür ki, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir işləri ilə bağlı suyun verilişində problem yaşanır. Təmir işləri başa çatsa da, lakin bəz...

Çin yeni rabitə peykini kosmosa buraxdı

Çin “ChinaSat-9C” adlı yeni rabitə peykini uğurla kosmosa buraxıb.   Sfera.az xəbər verir ki, rəsmi “Xinhua” agentliyinin yay...

Tramp şikayət etdi: Nobel almayacağam

ABŞ Prezidenti Donald Tramp Konqo Demokratik Respublikası ilə Ruanda Respublikası arasında onilliklərdir davam edən qanlı münaqişəyə son qoyacaq sülh razılaşmas...