Ceyhun Bayramov Olena Kondratyuk ilə GÖRÜŞDÜ - FOTO

Ceyhun Bayramov Olena Kondratyuk ilə GÖRÜŞDÜ - FOTO

Mayın 1-də xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının sədrinin müavini Olena Kondratyuk ilə görüşüb.

 

XİN-dən Sfera.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Ukrayna arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

 

Nazir Ceyhun Bayramov Azərbaycan və Ukrayna arasında mövcud sıx təmasların əməkdaşlığa töhfəsindən bəhs edərək, bu istiqamətdə parlament üzvləri arasında əlaqələrin də tərəfdaşlığımızın inkişafında mühüm rol oynadığını qeyd edib.

 

Münasibətlərimizin əsasında dayanan ərazi bütövlüyü və suverenlik prinsiplərinə bütün platformalar çərçivəsində daimi dəstəyin nümayiş etdirilməsinin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.

 

İki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb.

 

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, regional sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

 

Ukrayna tərəfi Azərbaycanın hər zaman beynəlxalq hüquq normalarına, xüsusilə ərazi bütövlüyü prinsipinə münasibətdə sərgilədiyi yanaşmaya, habelə göstərilən humanitar dəstəyə görə təşəkkür ifadə edib. Strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da inkişaf etdirilməsinə dair inam ifadə olunub.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Ölümdən sonra yenidən doğuluruq? - Quranda bildirilir ki...

İnsan ruhunun bir bədəndən ayrıldıqdan sonra başqa bir bədəndə yenidən doğulduğuna inananların sayı artmaqdadır. Bu anlayış reinkarnasiya adlanır və qədim zaman...

Prezident onu vəzifədən azad etdi - SƏRƏNCAM​​​​​​​

Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bunu...

Qaçırıldığı deyilən Nəzrin: Sevib getmişəm

Abşeron rayonunda 16 yaşlı Nəzrin Babayevanın qaçırılması ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi rezonans doğurub. Hadisəyə görə ittiham olunan şəxs Aşağ...

“Sabah”ın oyunlarının saatı açıqlandı

“Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Çelye”yə qarşı keçirəcəyi oyunların vaxtı açıqlanıb.   Sfera.az x...

Bəşər Əsədin əmisi oğlu saxlanıldı

Suriyada ölkənin keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsəd saxlanılıb.    Sfera.az xəbər verir ki, bu barədə məlumatı Suriyanın Daxil...

MEDİA-nın təşkil etdiyi müsabiqədə 17 qəzet QALİB OLDU – FOTO

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin t...