Türkiyədə kimlər çevriliş cəhdi edə bilər? – “Onlar hələ də tam zərərsizləşdirilməyib, mümkündür ki...”

Türkiyədə kimlər çevriliş cəhdi edə bilər? – “Onlar hələ də tam zərərsizləşdirilməyib, mümkündür ki...”

Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının son açıqlamaları gərginliyə səbəb olub. Belə ki, Türkiyənin paytaxtı Ankara şəhərinin Polis İdarəsində bir neçə vəzifəli şəxs işdən çıxarılıb. Baxçalı isə bu prosesi “sui-qəsd” kimi qiymətləndirib.

 

"Bu günlərdə daxili işğal cəbhəsində toplanmış, polis və ədliyyə orqanlarına yerləşdirilmiş alçaq və kripto quldur dəstələri yenidən Türkiyə ilə bağlı planlar qururlar", - o, partiyasının fraksiya toplantısında deyib. Baxçalı belə cəhdlərin “ağır nəticələri” olacağı barədə xəbərdarlıq edib.

 

Mətbuat və ekspertlər Baxçalının çıxışını Türkiyədə çevrilişə cəhdə qarşı xəbərdarlıq kimi dəyərləndirib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Türkiyə beynəlxalq güc yolunda inamla irəliləyir:

 

“Ankaranın müstəqil siyasəti və hərbi sənayesini inkişaf etdirməsi onun hədəfə gəlməsinə gətirib çıxarır. Bu çevrilişin arxasında FETÖ olduğu istisna edilməməlidir. Bu təşkilat tam sıradan çıxarılmayıb. Bir neçə ölkədə və Türkiyənin özündə hücrələri fəaliyyət göstərir”.

 

Ekspert xatırladıb ki, Türkiyə ordusunda FETÖ ilə bağlı ciddi təmizləmə olub:

 

“2016-cı ildə polis ordunun çevriliş cəhdinin qarşısını aldı. Görünür, FETÖ polis sistemində iş aparmağı hədəfləyib. FETÖ rəhbəri Fətullah Gülən ABŞ-dədir və fəaliyyətini davam etdirir. Fikrimcə, Türkiyədə polislərlə bağlı ciddi təmizləmə işləri həyata keçiriləcək. Ankaranın Şimali İraqda PKK əleyhinə planlaşdıran genişmiqyaslı hərbi əməliyyatlar öncəsi çevriliş cəhdi bu əməliyyata yönəlib”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...