\"Sülhməramlıların Azərbaycanı tərk etməsi prosesi yaxın vaxtlarda yekunlaşacaq\" - Anar Eyvazov

\

Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsi prosesi hazırda da davam etdirilir və yaxın vaxtlarda yekunlaşacaq.

 

Sfera.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətinin rəhbəri Anar Eyvazov Xocalı rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının yola salınma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmayıb:

 

"Azərbaycan və Rusiyanın ali rəhbərliyinin əldə etdiyi razılığa əsasən, sülhməramlı kontingentin vaxtından əvvəl fəaliyyətini dayandırmasına qərar verilib. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq başlayan 44 günlük müharibə uğurlu başa çatıb. Vətən müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanan üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti fəaliyyətə başlamışdı".

 

MN rəsmisi qeyd edib ki, 2023-ci ilin sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatından sonra artıq missiyanın fəaliyyətinə böyük ehtiyac qalmayıb.

 

"Qərar veriləndən dərhal sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə uyğun olaraq, sülhməramlı kontingentin silah və texnikası, şəxsi heyəti və ləvazimatlarının Azərbaycan ərazisindən çıxarılması üçün zəruri texniki və logistik dəstək göstərilib",- A.Eyvazov əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...