Misir sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmanı alqışladı

Misir sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmanı alqışladı

Misir Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmanı alqışlayıb.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Misir XİN bununla bağlı bəyanat yayıb.


"Misir bu mühüm və müsbət inkişafı dəstəkləyir və bu addımın iki dost ölkəni hərtərəfli sülh sazişinin imzalanmasına gətirib çıxaracaq mühüm irəliləyiş hesab edir" - bəyanatda bildirilib.

 

Xatırladaq ki, aprelin 19-da keçirilən Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub. Ötən gün isə Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.


Əzizə


OXŞAR XƏBƏRLƏR