Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini MƏLUMATLANDIRDI

Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini MƏLUMATLANDIRDI

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auldu məlumatlandırıb.

 

Sfera.az xəbər verir ki, Ombudsman səfirlə görüşündə xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə əməkdaşlıq əlaqələrindən bəhs edib, bir sıra təsisatlarla anlaşma memorandumlarının imzalandığını bildirib. O, BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal prosesində sözügedən quruma dövri məruzələrin təqdim olunduğunu, təsisatın bu prosesdə fəal iştirak etdiyini diqqətə çatdırıb.

 

S.Əliyeva Ombudsman haqqında Qanuna edilmiş son dəyişikliklərdən danışaraq, əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi, bərabərlik hüququnun təmin olunması və ayrı-seçkiliyin qarşısının alınması sahəsində mandatının genişləndiyini qeyd edib.

 

Müvəkkil Ermənistanın mina terroruna toxunaraq, basdırılmış minaların keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz qayıdışına, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə ciddi maneə yaratdığını bildirib. O, Böyük Britaniya tərəfindən minatəmizləmə sahəsində ölkəmizə göstərilən dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

 

Son illərdə ölkəmizin ev sahibliyi etdiyi bir sıra mühüm beynəlxalq tədbirlər barədə də məlumat verən Ombudsman cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində mümkün əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Bakıda toydan çıxan qadınları avtomobil vurdu: ÖLƏN VAR - VİDEO

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, qəza Bəkir Çobanzadə küçəs...

Xalq artisti: "Mənə səhnənin canavarı deyirlər”

Xalq artisti Gülyanaq Məmmədova növbəti açıqlamasıyla diqqət çəkib.   Sfera.az xəbər verir ki, verilişlərin birində sənətçi səhnənin canavarı ad...

Azərbaycanda toyuq əti bahalaşacaq?- “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Türkiyədə quş ətinin qiymətinin artması ixraca qadağa ilə müşahidə edilir. Ekspertlər bildirirlər ki, məlum proseslərin Azərbaycanda yaşanması ehtimalı azdır. A...

Kürdəmirdə yağan güclü yağış fəsadlar törətdi - VİDEO

Kürdəmirdə yağan güclü yağış həyatı iflic edib.   Sfera.az xəbər verir ki, bu gün axşam saatlarında bir neçə saat davam edən güclü leysan yağışları r...

Bakıda küçədə dava olub, gənc oğlan bıçaqlanıb

Bakının Xətai rayonunda dava zamanı 23 yaşlı oğlan bıçaqlanıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə NZS qəsəbəsində qeydə alınıb. ...

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq.   Sfera.az xəbər verir ki, bununla bağlı müvafiq tapşırığı Türkiyənin Milliyyətçi Hərəkat Parti...