"Rusiya, Azərbaycan, Türkiyə və İran Qərbə qarşı birləşməlidir" - Korotçenko

"Ermənistanın Qərbin təsir platformasına çevrilməməsi üçün Cənubi Qafqaz ölkələri birgə məsləhətləşmə formatı yaratmalıdırlar".


Sfera.az xəbər verir ki bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.

 

Onun sözlərinə görə, Qərb ölkələri Rusiya iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin işə salınmasına qarşı çıxmaq istəyirlər.

 

“Ermənistanın Qərbin təsir platformasına çevrilməsinin qarşısını almaq üçün bütün region ölkələri - Rusiya, Azərbaycan, Türkiyə, İran birləşməlidir. Bu gün ABŞ, Aİ və Fransa İrəvanı “Troya atına” çevirmək niyyətindədirlər ki, onun vasitəsilə yeni qeyri-sabitlik yarada, yeni silahlı münaqişələri qızışdıra və nəticədə regionu xaosa sürükləyə bilərlər. 

 

Fakt budur ki, “Şimal-Cənub” dəhlizi regiondan keçir və bu, Qərbin sanksiyalarından yan keçmək və Rusiya iqtisadiyyatının stabil işləməsi üçün zəruri olan logistika baxımından Rusiya üçün son dərəcə əhəmiyyətlidir”, - Korotçenko bildirib.

 

Ekspert qeyd edib ki, Qərb digər məsələlərlə yanaşı, cənubda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir. Onun sözlərinə görə, region ölkələrinin liderlərinin ən azı Təhlükəsizlik Şuralarının katibləri səviyyəsində məsləhətləşmələrə getməsi zəruridir. O, Çinin bu təklifə xüsusi diqqət yetirməli olduğunu vurğulayıb.

 

“Cənubi Qafqazda sabitliyin pozulması Mərkəzi Asiyada sabitliyin pozulması deməkdir və bu, birbaşa Çinin maraqlarına təsir edir. Başqa sözlə, bu format bizə Qərbin Cənubi Qafqaza mənfi təsirinin qarşısının alınması və ona qarşı necə mübarizə aparacağına dair yol xəritəsini birgə hazırlamağa kömək edəcək”, - Korotçenko qeyd edib. 

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR