Putindən “Crocus”dakı terrorla bağlı YENİ AÇIQLAMA: "Cinayətin bütün iştirakçılarını..."

Putindən “Crocus”dakı terrorla bağlı YENİ AÇIQLAMA:

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı son məlumatı açıqlayıb.

 

Sfera.az bildirir ki, dövlət başçısı təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli nümayəndələrin 12-ci beynəlxalq toplantısının iştirakçılarına ünvanladığı videomüraciətdə istintaqın necə getdiyindən söz açıb.

 

“Rusiyanın xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları bu iyrənc cinayətin bütün təfərrüatlarını öyrənməyə və onun iştirakçılarını, o cümlədən sponsorlarını və təşkilatçılarını müəyyən etməyə davam edir. Onların heç biri ədalətli cəzadan qaçmamalıdır", - prezident vurğulayıb.

 

Putin həmçinin qeyd edib ki, beynəlxalq terrorizm bu əsrin ən ciddi təhdidlərindən biri olaraq qalır. O xatırladıb ki, müxtəlif ölkələrdə törədilən terror aktlarının məqsədi millətlərarası və dinlərarası nifrətin artırılmasıdır.

 

“Onların arxasında təkcə radikal qruplaşmalar deyil, həm də dövlət kəşfiyyat xidmətləri dayanır. Cinayətkarların üsulları hər dəfə getdikcə daha “mürəkkəb və barbar” olur”, - Rusiya lideri əlavə edib.

 

Günay


OXŞAR XƏBƏRLƏR