Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi bildirilir. Sanksiyalara salınması təklif edilən şəxslərin adları da mediada yayılıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, adıçəkilən Dina Titus erməni lobbisinin ən aktiv üzvlərindəndir və Amerika Erməni Milli Komitəsinin (ANCA) rəsmi saytında onu tərənnüm edirlər.

 

Ekspert bildirib ki, Titus bu təşəbbüslə bağlı ötən həftə ANCA-nın qondarma “erməni soyqırımı” münasibətilə keçirdiyi mərasimdə danışıb:

 

“O, açıq şəkildə bildirib ki, “bu sənəd “artsax”da etnik təmizləməni idarə edən və ya həyata keçirən Azərbaycan rəsmilərinə qarşı müxtəlif sanksiyalar tətbiq edəcək. Bu cür hərəkətlərə görə onların cavab vermək vaxtıdır”. “Sanksiya siyahısına” 44 günlük müharibədə və anti-terror əməliyyatında iştirak edən yüksəkrütbəli hərbçilərimizin daxil edilməsi bunu təsdiq edir. Misal üçün, general Hikmət Mirzəyevin də adı bu siyahıdadır. Erməni lobbisi ərazi bütövlüyümüzün bərpa edilməsi və erməni seprataçılarının təmizlənməsini həyata keçirən hərbçilərimizi cəzalandırmaq niyyətindədir. Lakin sanksiya təşəbbüsünün qəbul edilməsi perspektivi zəifdir”.

 

A.Nərimanlı qeyd edib ki, xüsusilə Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində müzakirələrdən ABŞ prezidentinə təqdimata qədər uzanan prosedur qaydaları bunu deməyə əsas verir:

 

“Eyni zamanda, ABŞ-nin xarici siyasət maraqları bunun mümkün olması ehtimalını azaldır. Sanksiya təşəbbüsünü erməni lobbisinin qondarma “soyqırımı”nın ildönümündə ANCA-ya “hədiyyəsi” də hesab etmək olar. Burada ən vacib məqam Azərbaycanda erməni lobbisinin sırf erməni maraqlarının nəzərdə tutulduğu bu təşəbbüsünü alqışlayanların olmasıdır. Bu təşəbbüsü alqışlayanlar “sanksiya siyahı”sı ilə tanış olublarmı, yoxsa oxumadan, mahiyyətinə varmadan dəstəkləyirlər?! Hər iki halda bu, erməni diasporu/lobbisinin əlinə oynamaqdır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya BAŞLADI

Ermənistanın Azərbaycana qaytardığı Qazax rayonunun Xeyrimli kəndində sərhədin müəyyənləşməsi üzrə işlər başlayıb.   Sfera.az “News.am”a ...

Məhkəmədən Anar Məmmədli ilə bağlı QƏRAR

Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barədə qərar verib.   Bu barədə Sfera.az-a onun vək...

Tünzalə Ağayeva “Bakı marafonu 2024”də iştirak etdi – VİDEO

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gerçəkləşən “Bakı marafonu 2024” baş tutub. Sfera.az xəbər verir ki, bir çox məşhur simaların qatıldı...

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTOLAR

Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş “Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsa...

Azərbaycanda bu şəxslərə 1380 manat VERİLƏCƏK - Lazım olan SƏNƏDLƏR

“Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində müavinət verilir”. &...

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistan Baş naziri Nikol Paşinyan mayın 7-də Rusiya lideri Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.   Sfera.az xəbər verir ki,...