\"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir\" - Ceyhun Məmmədov

\

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulması və prosesin məntiqi sonluğa çatdırılması Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasətinin nəticəsidir”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün çağırılan iclasında deputat Ceyhun Məmmədov deyib.

 

“10 noyabr sazişində sülhməramlıların 2025-ci ilə qədər müvəqqəti yerləşdirilməsi maddəsinin sənəddə əksini tapmasını məhz Prezident İlham Əliyev israr etmişdi. Məhz Prezident İlham Əliyevin Qarabağla bağlı apardığı uğurlu siyasət nəticəsində Rusiya tərəfi sülhməramlıların Qarabağdan çıxarılması barədə qərar qəbul etdi. Heç şübhəsiz ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması həm də Azərbaycan – Rusiya münasibətlərinin və iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir. Ölkələrimizin münasibətləri yüksək idi, sülhməramlıların çıxarılmasından sonra ikitərəfli dostluq münasibətləri daha da güclənəcək. Eyni zamanda, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına Amerikanın reaksiyası ciddi təəssüf doğurur. Dövlət Departamentinin nümayəndəsinin bu məsələni şərh edərkən Rusiyanın “etibarsız müttəfiq olduğunu” bildirməsi, sülhməramlıların Qarabağdan çıxarılmasını alqışlamaması, əksinə, mənfi tərzdə şərh etməsi Amerikanın riyakayarlığının göstəricisidir. Bu bir daha onu göstərir ki, Amerika və Fransa münaqişənin həllinin ən böyük əleyhdarlarıdırlar və onlar münaqişənin bitməsini istəmirlər. İndiyədək dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoydu. Dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadan sülhməramlı kontingenti çıxarmağa çağıran, 2022-ci ilin yanvarında KTMT qüvvələrinin Qazaxıstandan çıxarılmasını alqışlayan ABŞ bu dəfə məyusluğunu nümayiş etdirdi”, - millət vəkili bildirib.

 

C.Məmmədov vurğulayıb ki, Amerika münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın çıxmasını alqışlayaraq Azərbaycanı təbrik etməli idi. Əks mövqe ortaya qoyması bir daha göstərir ki, Amerika regionda davamlı sülhün təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür: 

 

“Biz 2023-cü ilin antiterror əməliyyatından bir neçə gün əvvəl - sentyabrın 17-də İstanbulda Qarabağla bağlı gizli Amerika-Rusiya-Aİ görüşünü də yaxşı xatırlayırıq. Bu görüş Amerika və Qərbin Azərbaycanın öz suverenliyini tam bərpasına imkan verməmək üçün hətta özünün əsas rəqibi olan Rusiya ilə belə sövdələşməyə hazır olduğunu göstərdi. Heç şübhəsiz ki, bütün bunlara rəğmən, Azərbaycan qarşısına qoyduğu bütün hədəf və məqsədlərə nail olacaq”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb.  ...

Hafiz Paşayevin doğum GÜNÜDÜR

Bu gün Azərbaycan elminin, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Hafiz Paşayevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Hafiz Mir Cə...

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov + VİDEO

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub.   Sfera.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapş...

Müharibədən qaçan ruslar Rusiyaya geri qayıdır 

2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması yüzminlərlə Rusiya vətəndaşının ölkəni tərk etməsinə səbəb olub.  Sfera.az “Bloom...

Sabah yağış yağacaq - PROQNOZ

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlu...

Uşaqlar arasında şəkər xəstəliyi niyə geniş yayılıb? – Həkimdən AÇIQLAMA 

Son zamanlar şəkərli diabet xəstəliyi yalnız böyüklər arasında deyil, uşaqlar arasında da geniş yayılıb.   Bəs bu xəstəliyin uşaqlar arsında yayılmas...