İran ABŞ şirkətlərini sanksiya siyahısına SALDI

İran ABŞ şirkətlərini sanksiya siyahısına SALDI

İran ABŞ-nin bir neçə fiziki və hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı İranın Xarici İşlər Nazirliyi yayıb. 

 

Sanksiya siyahısına daxil edilən şirkətlər sırasında “Lockheed Martin”, “Chevron” və “General Dynamics” də var. 

 

Bildirilir ki, amerikalı fiziki və hüquqi şəxslərə qarşı məhdudiyyətlər İsrailin Qəzzadakı fəaliyyətlərinə dəstək verdikləri iddiası ilə tətbiq edilib. 

 

Ümumilikdə sanksiya siyahısına 5 şirkət və 7 fiziki şəxs daxil edilib.


OXŞAR XƏBƏRLƏR