5 ildə 1 milyondan çox tatuaj sildirilib - Səbəb AÇIQLANDI

5 ildə 1 milyondan çox tatuaj sildirilib - Səbəb AÇIQLANDI

Son 5 ildə 1 milyondan çox tatuaj silinməsi proseduru həyata keçirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb.

 

"2019-2024-cü illər arasında daha çox ABŞ, Avstraliya və Kanadada yaşayan insanlar döymə silinmə proseduru üçün müraciət ediblər".

 

Araşdırmada döymə silinməsinin əsas səbəbləri iş yeri tələblərinə cavab vermək və həyat dəyişiklikləri olduğu göstərilib.

 

Tədqiqatda 88,5 milyon amerikalının döyməsi olduğu və hər il 11 milyon yeni tatuaj edildiyi bildirilib.

 

Həmçinin araşdırmada ən məşhur döymə tendensiyaları dövrlərə görə qruplaşdırılıb.

 

“1950-1980-ci illərdə ən məşhur döymə tendensiyaları hərbi döymələr idi. 1980-ci illərin ən məşhur döymə tendensiyalarına alovlar, əjdahalar, qalalar, sehrbazlar, qızılgüllər və cizgi film personajları daxildir. 1990-cı illərdə ən populyar döymələr çin simvolları, göbək ətrafında günəşlər və dəniz simvolları idi. 2000-ci illərdə ən məşhur döymələrə lələklər, qaranquşlar və sonsuzluq simvolları aiddir. 2020-ci ildə ən məşhur döymə trendləri isə mikro döymələrdir".

 

Asya


OXŞAR XƏBƏRLƏR