Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə "Xəzər səması-2024" hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

 

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, taktiki təlimə ümumilikdə 300 nəfərədək şəxsi heyət, döyüş, idarəetmə və gözətçi gəmiləri, katerlər, döyüş vertolyotları və pilotsuz uçuş aparatları cəlb edilib.

 

Plana uyğun olaraq həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılan gəmilər Xəzər dənizinin Azərbaycana məxsus sektorunda HHQ-nin aviasiya vasitələri ilə birgə dəniz enerji infrastrukturunun hava hücumundan müdafiəsinin təşkili, şərti düşmən hədəflərinin məhv edilməsi, eləcə də digər döyüş tapşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetiriblər.

 

Bundan başqa, təlimdə gəmi taktiki qruplarının rayonda lövbərə dayanması və lövbərdən çıxması, hava hücumundan və sualtı diversiya əleyhinə müdafiənin təşkili üzrə fəaliyyətlər də müvəffəqiyyətlə icra olunub.

 

İki mərhələdə keçirilən taktiki təlimdə HDQ və HHQ-nin şəxsi heyəti qarşıya qoyulan bütün tapşırıqların icrasında yüksək peşəkarlıq nümayiş etdirib.


OXŞAR XƏBƏRLƏR

Müharibədən qaçan ruslar Rusiyaya geri qayıdır 

2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması yüzminlərlə Rusiya vətəndaşının ölkəni tərk etməsinə səbəb olub.  Sfera.az “Bloom...

Sabah yağış yağacaq - PROQNOZ

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlu...

Uşaqlar arasında şəkər xəstəliyi niyə geniş yayılıb? – Həkimdən AÇIQLAMA 

Son zamanlar şəkərli diabet xəstəliyi yalnız böyüklər arasında deyil, uşaqlar arasında da geniş yayılıb.   Bəs bu xəstəliyin uşaqlar arsında yayılmas...

"Sex müğənnisi deyiləm" deyən gənc müğənni aylıq qazancını AÇIQLADI - VİDEO

ATV-nin "Rəngarəng" proqramının növbəti qonağı gənc müğənni Camilla olub.   Sfera.az xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğ...

Prezident QƏBUL KEÇİRDİ

Azərbaycan Prezidenti İlham Əliyev mayın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya...

Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib - FOTO

Yelo Bank mötəbər tədbirlərə ev sahibliyi etməyə davam edir. Bu dəfə Bankın dəstəyi ilə “İşgüzar 5 çay” adlı forum keçirilib. “Lider, yoxsa rə...