Azərbaycan Hərbi Hava Qüvvələri Naxçıvanda TƏLİM KEÇDİ - VİDEO/FOTO

Azərbaycan Hərbi Hava Qüvvələri Naxçıvanda TƏLİM KEÇDİ - VİDEO/FOTO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.

 

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Təlimdə yuxarı komandanlığın idarəetmə məntəqəsindən verilən "HAZIRLIQ-1" komandası ilə Ordu aviasiyası və hava hücumundan müdafiə birləşmə və hissələri 1 nömrəli hazırlığa gətirilib. Eyni zamanda, ehtiyatda saxlanılan Hava Hücumundan Müdafiə (HHM) bölmələri döyüş tapşırığına əsasən təyinat rayonlarına çıxaraq döyüş tapşırıqlarını icra ediblər.

 

2 nömrəli hazırlıqda olan aviasiya vasitələrinin heyətləri ilə uçuşdan əvvəl brifinq keçirilərək şəxsi heyət qarşısında döyüş tapşırıqları qoyulub. Uçuş heyətləri tərəfindən Mİ-17 nəqliyyat-döyüş helikopterləri ilə yer hədəflərinə aviazərbələr praktiki uçuşla təqlid edilib, çoxqat və çoxhədli hava hücumundan müdafiə sisteminin dəf edilməsi üçün müxtəlif manevrlər yerinə yetirilib.

 

Təlimə cəlb olunan HHM bölmələrinin döyüş növbətçiliyində olan Kəşfiyyat və Hədəfgöstərmə stansiyaları ilə hava məkanının fasiləsiz kəşfiyyatı aparılıb, məlumatlar təhlil olunub, qiymətləndirilib, emal edilərək komanda və idarəetmə məntəqələrinə, həmçinin qarşılıqlı əlaqədə olan bölmələrə ötürülüb.

 

Hava vəziyyətinin qiymətləndirilməsi Radiolokasiya bölmələri ilə yanaşı, Bayraktar TB2 və Vizual Müşahidə Postlarından alınmış məlumatlar əsasında aparılıb.

 

Komandir və döyüş heyətləri real döyüş şəraitində hədəflərin ardıcıl olaraq məhvetmə zonasına girmə ardıcıllığının, onlar arasında vaxt intervallarının hesablanması, müxtəlif hündürlük diapozonlarında intensiv aktiv və passiv maneə şəraitində fəaliyyət göstərən hava düşməninin şərti məhv edilməsi, düşmənin kiçik ölçülü az sürətli PUA-lara qarşı HHM bölmələrinin fəaliyyəti üsulları üzrə məşq etdirilib.

 

Eyni zamanda, birlik, birləşmə, hissə və bölmələrin dislokasiya məntəqələri və döyüş mövqelərinin mini və mikro pilotsuz uçuş aparatlarının hücumlarından mühafizə olunması məqsədilə yerinə yetirilən aktiv tədbirlər çərçivəsində radiomaneə vasitələrindən istifadə olunub.

 

Taktiki-xüsusi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib və bölmələr arasında birgə fəaliyyətin uzlaşmasına nail olunub.

 

 


OXŞAR XƏBƏRLƏR

Hitlerin MÜƏMMALI ÖLÜMÜ: Həyat yoldaşı ilə intihar etdi, cəsədinin yandırılmasını istədi - FOTOLAR

Müasir dövrdə İkinci Dünya Müharibəsinə əsaslanan bir çox nəzəriyyələr mövcuddur. Bunlardan biri də nasist Almaniyasının lideri Adolf Hitlerin ölümü ilə əlaqəli...

Türkiyə toyuq əti ixracını azaldacaq – Azərbaycana təsiri olacaqmı?

Türkiyə hökuməti toyuq ətinin ixracını ilin sonuna qədər məhdudlaşdıracaq.  Sfera.az xəbər verir ki, hökumətin belə bir qərar qəbul etməsinə səbəb ölk...

Dövlət Xidməti və Agentlik razılaşma imzaladı - FOTO

Artıq ölkənin Şimal bölgəsində ilkin hərbi qeydiyyata alınan və müddətli həqiqi hərbi xidmətə çağırılan, habelə təkrar tibbi şəhadətləndirilməyə cəlb edilən vət...

Magistraturaya qəbul balları AZALDILACAQ? - Ekspertdən AÇIQLAMA

Aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçirilib. Tələbələrin böyük əksəriyyəti imtahanın çətinliyindən şikayətç...

Nazir onu DYP rəisi TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni təyinat olub. Sfera.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis kapitan...

Şuşanı düşməndən təmizləyən Xüsusi Təyinatlı Qüvvələr 25 yaşında

Bu gün Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasından 25 il ötür.  Sfera.az xatırladır ki, XTQ 1999-cu ildə Müdafiə Nazirliyinin tabeliyində yaradı...