Paşinyan Qazaxla sərhədə GETDİ - YENİLƏNDİ
Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinin sakinləri ilə görüşüb.
Sfera.az xəbər verir ki, Paşinyanın kənd sakinləri ilə görüşü başa çatıb.
***
11:30
Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinə gedib.
Sfera.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilib ki, Paşinyan bu il ikinci dəfə Voskepara gedib.
Xatırladaq ki, sözügedən kəndin camaatı ilə əvvəlki görüş rahat keçməyib. İclasın mövzusu Tavuşun 4 yaşayış məntəqəsinin Azərbaycana təhvil verilməsi olub. Kənd sakinləri buna öz narazılıqlarını bildiriblər. Paşinyan isə bildirib ki, bu kəndlər təhvil verilməlidir, əks halda müharibə başlayacaq. Nikol Paşinyan həmçinin, son mətbuat konfransında bu kəndlərin Ermənistana aid olmadığını bəyan edib.
Günay