Logo

Ağdamda ekskavator minaya düşdü

Ağdamda ekskavator minaya düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağdamda ekskavator minaya düşüb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Sfera.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində baş verib.

Kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən ekskavator torpağa basdırılmış partlamamış mərmiyə toxunub. Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib.

E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.

Araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR