Obama Fidel Kastronun dəfn mərasimində iştirak etməyəcək

Obama Fidel Kastronun dəfn mərasimində iştirak etməyəcək

 

ABŞ prezidenti Barak Obama Fidel Kastronun dəfn mərasimində iştirak etmək üçün Kubaya səfər etməyəcək.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin sözçüsü Coş Ernest mətbuata bəyan edib.

"Prezident Barak Obama və vitse-prezident Co Bayden dəfn mərasimində iştirak etməyəcək. O ki qaldı dövlət katibi Con Kerriyə, bunu da təsdiq edə bilmərəm. Əgər ABŞ nümayəndə heyəti Kubaya göndərilsə, bununla bağlı əlavə açıqlama veriləcək”, deyə C.Ernest qeyd edib.


OXŞAR XƏBƏRLƏR