Leyla Abdullayeva Parisdə şagirdlərlə GÖRÜŞDÜ
Siyasət
18:00 / 29.03.2024
12280
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “Azərbaycanın fransız dili müəllimləri assosiasiyası”nın layihəsi çərçivəsində Dünya məktəbinin bir qrup şagirdləri ilə görüşüb.
Sfera.az xəbər verir ki, bu barədə o, "X"də yazıb.
Səfir görüşün Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində baş tutduğunu deyib.
"Yüksək peşəkarlığı ilə seçilən müəllimə Nəzrin Mehdiyevaya xüsusi təşəkkür edir, şagirdlərimizə uğurlar arzulayıram", - diplomat qeyd edib.