Ceyhun Bayramov Pavel Knyazev ilə GÖRÜŞDÜ

Ceyhun Bayramov Pavel Knyazev ilə GÖRÜŞDÜ

29 mart 2024-cü il tarixində Azərbaycannın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazevi qəbul edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

 

Qeyd edilib ki, görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə regionda cari vəziyyət müzakirə olunub.

 

C.Bayramov iki ölkə arasında mövcud münasibətlərin regional və beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. Bir sıra beynəlxalq platformalarda əməkdaşlığın perspektivləri ətrafında müzakirə aparılıb.

 

Qarşı tərəf cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində tərəfimizdən aparılan danışıqlar prosesi, habelə görülən hazırlıq işləri barədə məlumatlandırılıb.

 

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın bölgədə sülh və quruculuq səylərindən bəhs edən nazir Ceyhun Bayramov, sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımların, o cümlədən regiondan uzaq yerləşən dövlətlərin öz birtərəfli mövqelərini bölgəyə proyeksiya etmək cəhdlərinin prosesə maneə törətdiyini bildirib.

 

Bu istiqamətdə cari ilin 5 aprel tarixində keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransının bu cür qeyri-şəffaf və inklüziv olmayan mühitdə təşkili ilə bağlı ölkəmizin mövqeyinin, habelə bu kimi təşəbbüslərin revanşist əhval-ruhiyyənin hökm sürdüyü Ermənistanı yeni təxribatlara təşviq edə biləcəyi ilə bağlı narahatlıqlarımızın aydın şəkildə ifadə olunduğu vurğulanıb.

 

Mövcud çətinlik və çağırışlara baxmayaraq, ölkəmizin regional sülh və sabitliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirmək əzmində olduğu diqqətə çatdırılıb.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Günel Osmanovaya İTV-də yeni VƏZİFƏ VERİLDİ - FOTO

Günel Osmanova İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorunun müavini təyin edilib.   Sfera.az xəbər verir ki, bu barədə &quo...

Jurnalist saxta xəbərlərə görə SAXLANILDI

Amerikanın “Forbes” biznes jurnalının rusiyalı müxbiri Sergey Mingazov Rusiya ordusu ilə bağlı “saxta” xəbərlər yaydığına görə saxl...

Bakıda 296 kəsici-deşici alət aşkar olunaraq götürüldü - RƏSMİ

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.   Daxili İşlər Nazir...

Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"

“İctimai TV”də yayımlanan “Alatava” serialı müzakirələrə səbəb olub.   Bir sıra narazılıqlardan sonra serialın ssenari müəll...

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”

24 aprel 2024-cü ildə ADA Universitetində keçirilən beynəlxalq forumda Prezident  İlham Əliyev dərin məzmunlu tarixi bir çıxış etdi. Dövlət başçı...

Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”

“Cari ilin noyabr ayında Azərbaycanda növbəti dəfə dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq tədbirlərindən biri keçiriləcək. 2023-cü ilin dekabrında Azər...