Fələstində yüksək vəzifəyə təyin edilən erməni qadın KİMDİR? - "Onlara vəzifə verilməsi..." + AÇIQLAMA

Fələstində yüksək vəzifəyə təyin edilən erməni qadın KİMDİR? -

Erməni etnik qrupunun nümayəndəsi Faresin Ones Vartan Aqabekyan Şahin Fələstinin formalaşan hökumətinin yeni üzvlərindən biri, Xarici İşlər Nazirliyində xaricilərlə iş üzrə dövlət naziri təyin olunub.

 

Bildirilib ki, Aqabekyan 1958-ci ildə İordaniyada anadan olub. Fələstində kilsə işlərinə nəzarət üzrə Prezident ali komitəsinin üzvüdür. O, 1983-cü ildə ABŞ-nin İndiana ştatında Perdyu Universitetində magistr, Pittsburq Universitetində siyasi məsələlər üzrə doktorluq dərəcəsi alıb. 1988-2008-ci illərdə Qüds Universitetində dosent və sonra da dekan işləyib.

 

Maraqlıdır, Fələstinin erməniəsilli şəxsi yüksək vəzifəyə təyin etməsi hansı səbəblərdən irəli gəlir? Sözügedən təyinat Azərbaycanla münasibətlərə təsir edəcəkmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, əvvəlki dövrlərdə də Fələstinlə Ermənistan arasında bir sıra müsbət addımlar müşahidə olunub:

 

“Eyni zamanda Fələstində erməniəsilli şəxslərin irəli çəkilməsi, onlara vəzifə verilməsi halları da mövcuddur. Bu, şübhəsiz ki, anlaşılan deyil. Çünki Azərbaycan hər zaman BMT qətnamələri, beynəlxalq hüquq konteksində Fələstin məsələsinin həllinin tərəfdarı olub. Baxmayaraq ki, bizim İsraillə də çox yaxşı, möhkəm münasibətlərimiz var, hər iki dövləti dostluq telləri birləşdirir, bizim üçün beynəlxalq hüquq, ərazi bütövlüyü mühüm prioritetlərdir. Azərbaycanın suverenlik məsələsinə nə qədər həssaslıqla yanaşması hər kəsə bəllidir”.

 

Müsahibimiz qeyd edib ki, erməniəsilli şəxslərin sözügedən ölkədə özünə yer tapması, eləcə də vəzifə sahibi olması Fələstin hökumətinin öz daxili işidir:

 

“Amma burada Cənubi Qafqazda olan həssas məsələlərə diqqət ayrılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan İslam dünyasının ayrılmaz üzvü kimi hər zaman müəyyən mövzulara diqqətlə yanaşır. Hətta qeyd edə bilərəm ki, Azərbaycan İsraildə öz fövqəladə və səlahiyyətli səfirini təyin edəndə Ramallahda da ölkəmizin konsulluğu fəaliyyətə başladı. Azərbaycan balanslı, rasional, şüurlu və praqmatik davranaraq bütün bu məsələlərin həllinə çalışdı ki, sonrakı dövrlərdə problemlər olmasın, bizə qarşı ittihamlar irəli sürülməsin. Ona görə də bu vəzifədə irəli çəkilmək məsələsinə qarşı kifayət qədər həssas və diqqətli yanaşmaq tələb olunur”.

 

Digər müsahibimiz politoloq Fərhad Məmmədov isə saytımıza açıqlamasında xatırladıb ki, Fələstində kiçik erməni icması mövcuddur:

 

“Onların da İsrail dövləti ilə hər zaman problemləri olub. Böyük ehtimal, Fələstin hökuməti Avropa, o cümlədən ABŞ istiqamətində daha səmərəli nəticələr əldə etmək üçün bu addımı atıb. Çünki onlar həm qadın, həm xristian, həm də erməni konteksində xarici siyasətlərinin səmərəliliyini artırmaq istəyirlər. Azərbaycanla münasibətlərə gəldikdə, biz Fələstin dövlətinin və xalqının ədalətli mövqeyini dəstəkləyirik, yardımlar həyata keçiririk. Düşünmürəm ki, burada hər hansısa bir problem yaşanacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

"ABŞ bizə qarşı müharibə elan edib" - Medvedev Rusiyanın talan edildiyini AÇIQLADI

Medvedev ABŞ-nin Rusiyanı talan etdiyini deyib.   Sfera.az bildirir ki, o, bu barədə “Telegram” kanalında qeyd edib.   Rusiya ...

Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib

Azərbaycanın daha 3 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında mübarizəyə qoşulub.   Sfera.az xəbər verir ki, yarışın so...

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan AYRILIR? - "Mövsümün sonunda..." - Özü AÇIQLADI 

Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək.   Sfera.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Türkiyənin &q...

60 yaşlı qadın dünya gözəli seçildi - FOTO 

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən gözəllik müsabiqəsinin qalibi Alejandra Marisa Rodriges olub.   Sfera.az xəbər verir ki, 60 yaşlı Alej...

Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev Azərbaycan Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” MMC arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib o...

Qubada kəsici-deşici alətlər satan şəxslər SAXLANILDI

Qubada müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Quba reg...