Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini MÜZAKİRƏ ETDİ

Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini MÜZAKİRƏ ETDİ

Türkiyə Böyük Millət Məclisinin Müdafiə komissiyasının sədri, keçmiş milli müdafiə naziri Hulusi Akar Ankarada ABŞ Konqresi Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə komitəsinin sədri Mayk Rogersin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.

 

Sfera.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu H.Akar jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, ABŞ konqresmenlərini Türkiyənin normallaşma prosesindəki rolu və Ankaranın bu istiqamətdə atdığı addımlar barədə məlumatlandırıb: “Bildirdik ki, Ermənistan uzadılan sülh əlini tutmalıdır. Müzakirəmiz konstruktiv mühitdə keçdi. Qarşı tərəf də öz mövqeyini bildirdi. Müzakirələrin davamlı olması barədə razılığa gəldik”.

 

H.Akarın sözlərinə görə, tərəflər həmçinin F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükü barədə danışıblar: “Bu məsələdə problem yoxdur. Lazımi razılıqlar əldə olunub. Xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə bu barədə danışır. Proses davam edir”.

 

Komissiya sədri bildirib ki, ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşdə terrora qarşı mübarizə barədə də danışıblar: “PKK və YPG kimi terror təşkilatlarının mövcudluğu ilə bağlı narahatlığımızı bildirdik. Terrora qarşı birgə mübarizə aparmağımızın labüdlüyü qeyd olundu”.

 

Qeyd edək ki, ABŞ Konqresi Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə komitəsinin sədri Mayk Rogersin rəhbərlik etdiyi heyəti Türkiyədə səfərdədir. Heyətə konqresmenlər Adam Smit, Saluda Karbajal və Veronika Eskobar daxildir.


ABŞ təmsilçiləri H.Akarla yanaşı Türkiyənin milli müdafiə naziri Yaşar Güler, xarici işlər naziri Hakan Fidanla da görüşüblər.

 

ABŞ nümayəndələri bu gün Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Təşkilatı) rəhbəri İbrahim Kalınla da görüşəcəklər.


OXŞAR XƏBƏRLƏR

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan AYRILIR? - "Mövsümün sonunda..." - Özü AÇIQLADI 

Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək.   Sfera.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Türkiyənin &q...

60 yaşlı qadın dünya gözəli seçildi - FOTO 

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən gözəllik müsabiqəsinin qalibi Alejandra Marisa Rodriges olub.   Sfera.az xəbər verir ki, 60 yaşlı Alej...

Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev Azərbaycan Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” MMC arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib o...

Qubada kəsici-deşici alətlər satan şəxslər SAXLANILDI

Qubada müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Quba reg...

Ali Məhkəmənin hakimi intihar etdi

Ali Məhkəmənin Kommersiya kollegiyasının hakimi İlqar Ağababaş oğlu Dadaşov intihar edib.   Sfera.az-ın məlumatına görə, 62 yaşlı hakim bu gün yaşadı...

Abşeronda Zərifə Əliyevanın 101 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətin...