Ermənistanda Solovyovun verilişləri QADAĞAN EDİLDİ 

Ermənistanda Solovyovun verilişləri QADAĞAN EDİLDİ 

Ermənistanda rusiyalı teleaparıcı Vladimir Solovyovun proqramlarının yayımı qadağan olunub.

 

Sfera.az bildirir ki, bu barədə Ermənistan Televiziya və Radio Yayımları Şəbəkəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, qərar, Ermənistan və Rusiya arasında kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin 5 və 6-cı maddələrinin mütəmadi olaraq pozulması əsasında qəbul edilib.

 

“Rusiyanın “RTR-Planeta” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” müəllif proqramları Ermənistan Respublikasının ərazisində yayımlanmayacaq”, - qurum vurğulayıb.

 

Bildirək ki, sözügedən sazişin qeyd olunan maddələrinə əsasən, tərəflər öz ictimai televiziya kanalları və radiolarının efirində bir-birinin daxili siyasi həyatına müdaxiləyə yol verməməli, habelə bir-birinin xalqlarına və dövlətlərinə qarşı təhqiramiz məzmunlu verilişləri istisna etməlidirlər.

 

Günay


OXŞAR XƏBƏRLƏR