Təhlükəsizliyimizin təminatçısı

Təhlükəsizliyimizin təminatçısı

Bu gün Azərbaycan Təhlükəsizlik Xidmətinin yaranmasının 105 illiyi tamam olur. Müstəqillik əldə etdiyimizdən keçən 33 il zaman kəsiyində dövlətçiliyimizdə və onun təhlükəsizliyinin təmin olunmasında ciddi əhəmiyyət kəsb edən bu qurum çox çətin, ziddiyyətli, hətta öz imicinə ləkə gətirən bir ömür yaşamışdır. Ulu Öndərimiz Heydər Əliyevin formalaşdırdığı Dövlət Konsepsiyasında önəmli yer tutan DTX-nin əməkdaşları milli və dövlətçiliyimizin təhlükəsizliyinin təmin olunmasında yüksək peşəkarlıq nümayiş etdirmişlər.

 

Etiraf etmək lazımdı ki, ölkə prezidenti, cənab İlham Əliyevin imzaladığı 20 iyun 2019-cu il sərəmcamı ilə uzun illər təhlükəsizlik sistemində xidmət göstərən, Birinci Qarabağ müharbəsində əhəmiyyətli nəticələr verən əməliyyatlarda  iştirak edən, yüksək intellekti, peşəkarlığı, milli dövlətçiliyimizə, Ulu Öndərə və möhtərəm cənab prezidentimizə sədaqətilə fərqlənən Əli Nağıyevin Dövlət Təhlükəsizlik Xidmətinə rəhbər  təyin olunması cəmiyyətimizdə yüksək qarşılandı. Onun rəhbərliyilə qrumun nüfuzunu ləkələyən neqativ halların aradan qaldırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi kimi vacib vəzifənin yerinə yetirilməsinə xüsusi diqqət yetirildi, 2020-ci ilin sentyabrında başlayan və Zəfərlə başa çatan Vətən Müharibəsində, 2023-cü ilin sentyabrında anti-terror əməliyyatında Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı. Bu günümüzə qədər də DTX-a ardıcıl olaraq dövlətçiliyimizi gücləndirən fəaliyyətini davam etdirməkdədir.

 

Onun son illərdə istər ölkəmizə düşmən kəsilən dövlətlərin yaratdığı kəşfiyyat və terror şəbəkəsinin, istərsə də erməni seperatçı xunta rejiminin müqəddəs torpaqlarımızda kökünün tamamilə kəsilməsində yüksək peşəkarlıqlarının, vətənpərvərliklərinin və fədakarlıqlarının şahidi olduq.

 

Möhtərəm, cənab prezident İlham Əliyevin  diqqət və qayğı göstərdiyi DTX-a milli və dövlət təhlükəsizliyimizin təminatçısı kimi xalqımızın güvəndiyi və inam bəslədiyi qurum kimi çətin və şərəfli missiyasını uğurla davam etdirməkdədir. Bütün Dövlət Təhlükəsizliyinin əməkdaşları ən xoş sözə və diqqətə layiqdirlər.

 

Peşə bayramınız mübarək!

 

Fəzail Ağamalı - Milli Məclisin deputatı


OXŞAR XƏBƏRLƏR

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan AYRILIR? - "Mövsümün sonunda..." - Özü AÇIQLADI 

Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək.   Sfera.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Türkiyənin &q...

60 yaşlı qadın dünya gözəli seçildi - FOTO 

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən gözəllik müsabiqəsinin qalibi Alejandra Marisa Rodriges olub.   Sfera.az xəbər verir ki, 60 yaşlı Alej...

Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev Azərbaycan Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” MMC arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib o...

Qubada kəsici-deşici alətlər satan şəxslər SAXLANILDI

Qubada müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Quba reg...

Ali Məhkəmənin hakimi intihar etdi

Ali Məhkəmənin Kommersiya kollegiyasının hakimi İlqar Ağababaş oğlu Dadaşov intihar edib.   Sfera.az-ın məlumatına görə, 62 yaşlı hakim bu gün yaşadı...

Abşeronda Zərifə Əliyevanın 101 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətin...