Rusiya mətbuatı ölkəni sarsıdan terror hadisələrindən YAZDI: Dünənki qanlı hücum isə... 

Rusiya mətbuatı ölkəni sarsıdan terror hadisələrindən YAZDI: Dünənki qanlı hücum isə... 

Moskvada dünən baş verən terror aktı ilk belə hadisə deyil.

 

Sfera.az bildirir ki, Rusiya mətbuatı ölkəni sarsıdan ölümcül terror hadisələrinin xronologiyasını yayımlayıb. Qeyd olunub ki, ölkə 2000-ci və 2010-cu illərdə şəhərin metro sistemini və hava limanlarını hədəf alan silsilə hücumlarla da sarsılıb və bunlar daha çox Şimali Qafqazdan olan çeçen separatçıları tərəfindən həyata keçirilib.

 

Dünənki qanlı hücum isə 2002-ci ildə Dubrovkadakı Teatr Mərkəzinin binasında tamaşaçıların girov götürüldüyü “Nord Ost” hadisəsini xatırladıb. Rusiya qüvvələrinin Çeçenistandan çıxarılmasını tələb edən silahlı qrupun həyata keçirdiyi hücuma uğursuz müdaxilə nəticəsində 170 nəfər həyatını itirib, 700 nəfər isə yaralanıb.

 

Rusiya Xüsusi Təyinatlı Qüvvələrinin binanın havalandırma sisteminə fentanil qazı vuraraq həyata keçirdiyi əməliyyat səs-küyə səbəb olub.

 

Digər qeydə alınan terror aktları isə belədir:

 

29 mart 2010-cu il: Moskva metrosunda terror aktı nəticəsində 41 nəfər ölüb, 88 nəfər yaralanıb.

 

1 sentyabr 2004-cü il: Çeçen separatçıları Beslan şəhərindəki məktəbdə 777-si uşaq olmaqla 1100-dən çox insanı girov götürüb. 3 gün davam edən qarşıdurmalar 334 nəfərin ölümü ilə nəticələnib.

 

24 avqust 2004-cü il: Rusiyaya məxsus iki sərnişin təyyarəsi Rostov və Tula vilayətləri üzərində partladılıb. Sibir Hava Yollarına məxsus Tu-154B-2 sərnişin təyyarəsi və Volqa-Aviaekspress Hava Yollarına məxsus Tu-134A-3 təyyarələrinə edilən hücumlarda 89 nəfər həyatını itirib.

 

6 fevral 2004-cü il: Moskvada metronun Avtozavodskaya və Paveletskaya stansiyaları arasında qatarın ikinci vaqonunda partlayış baş verib. Terror aktı nəticəsində 41 nəfər ölüb, 200-dən çox insan yaralanıb.

 

5 dekabr 2003-cü il: Kislovodsk - Mineralnıye Vodı elektrik qatarında hücum nəticəsində 47 nəfər ölüb, 186 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti çeçen separatçıları üzərinə götürüb.

 

12 may 2003-cü il: Znamenskoye rayonunda FTX binası yaxınlığında hücum nəticəsində 60 nəfər ölüb, 197 nəfər yaralanıb.

 

9 may 2002-ci il: Kaspiys şəhərində Qələbə bayramı şənliyi zamanı törədilən terror aktı nəticəsində 43 nəfər həlak olub, 120 nəfər əsir götürülüb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət edib.   Sfera.az xəbər verir ki, nazir Azərbaycanın 44 günlük Vətən müharibə...

Şərurlu İsfəndiyar məhkəməyə gəldi

Tikinti sektorunda Şərurlu İsfəndiyar kimi tanınan iş adamı, "Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov məhkəməyə gəlib.   Sfera.az xəbər v...

Hakan Fidan Fransa və ABŞ rəsmiləri ilə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda ABŞ dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan Noel Baron ilə telefon danışı...

ADY Qurban bayramı günlərində Qəbələyə əlavə reyslər təyin etdi

Azərbaycan Dəmir Yolları QSC (ADY) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakıdan Qəbələyə əlavə reyslər təyin edib.   Sfera.az bu barədə sə...

Polis insan alverinə görə bu qadınları axtarır – SİYAHI/FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib.   Sfera.az "unikal.az"a ...

Əmək müqavilələri ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı işəgötü...