Bakıda mənzillər nə üçün bahadır?

Bakıda mənzillər nə üçün bahadır?

Ölkədə mənzil qiymətlərinin artımının səbəbləri müəyyənləşib.

 

Bu barədə Sfera.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib.

 

Bildirilib ki, qiymət artımının səbəbləri barədə ekspertlər bir sıra amilləri önə çəkirlər. 

 

İlk növbədə, tikinti xərclərinin və materiallarının bahalaşması yeni mənzillərin maya dəyərini yüksəldir, bu da satış qiymətlərinə təsir edir. Eyni zamanda, manatın alıcılıq qabiliyyətinin sabitliyi və daşınmaz əmlaka yatırımın cəlbedici olması da əhalinin əmanətlərini mənzilə yönəltməsinə səbəb olur. Son illərdə bank əmanət faizlərinin aşağı olması fonunda və bəzi iqtisadi qeyri-müəyyənlik şəraitində mənzil almaq kapitalın qorunması və artırılması üçün əsas vasitələrdən birinə çevrilib.

 

Xüsusilə, köhnə binaların sökülüb yenilənməsi proqramı (məşhur “pilot layihələr”) gələcəkdə mənzilə tələbin daha da artacağı gözləntisini yaratdığı üçün bu da qiymətləri yüksəldən amil kimi qeyd olunur. İpoteka kreditləşməsinin davam etməsi və genişlənməsi də alıcılıq qabiliyyətini dəstəkləyərək bazara əlavə tələb gətirir.

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bu bürclər diqqətli olsun - Gün ərzində...

Bu gün səma hər bürc üçün fərqli mesajlar ötürür. Həftənin ilk günündə bəzi bürclər üçün enerjili və məhsuldar başlanğıc görünürkən, digərləri üçün duyğular və ...

Məhərrəm ayı nə vaxt başlayır? - QMİ fətva verdi

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı fətva verib.   Sfera.az xəbər verir ki, QMİ-nin Qazılar Şurası və səlahiyyətli n...

Bakıda bu marşrutun avtobusları yeniləndi

Abşeron rayonunun Masazır qəsəbəsini “Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirən 525 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qa...

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

Hər il 23 iyun tarixində Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunur.   Sfera.az xəbər verir ki, bu əlamətdar gün dövlət idarə...

Azərbaycanda ən çox bu ölkələrin tələbələri oxuyur - SİYAHI

2024-2025-ci tədris ilinin əvvəlində ölkənin ali təhsil müəssisələrində oxuyan xarici tələbələrin sayı artaraq 7472 nəfərə çatıb.   Sfera.az Döv...

Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini işləyir - FOTO

Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictimaiyyətə həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... ...