Ən ucuz və ən bahalı evlər bu ərazilərdədir - RƏQƏMLƏR

Ən ucuz və ən bahalı evlər bu ərazilərdədir - RƏQƏMLƏR

Bakıda ən yüksək mənzil qiymətləri mərkəzi rayonlarda (Nəsimi, Nərimanov, Yasamal), ən aşağı qiymətlər isə kənar rayonlarda (Xəzər, Suraxanı) müşahidə olunur.

 

Bu barədə Sfera.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib.

 

Bildirilib ki, şəhər mərkəzinə yaxın və prestijli rayonlarda mənzillərin kvadratmetr qiyməti daha yüksəkdir. Məsələn, ən bahalı mənzillər ənənəvi olaraq Nəsimi, Nərimanov və Səbail rayonlarında qeydə alınır. Təhlil olunan dövrdə Nəsimi rayonu üzrə mənzillərin orta qiyməti təxminən 3126 AZN/kv.m, Nərimanovda isə 3006 AZN/kv.m təşkil edib. Digər mərkəzə yaxın rayonlardan Yasamal (2822 AZN/kv.m) və Nizami (2633 AZN/kv.m) də orta qiymət göstəricilərinə görə ön sıralardadır. Mərkəzdən bir qədər kənardakı Binəqədi (2563 AZN/kv.m) və Xətai (2467 AZN/kv.m ) rayonlarında qiymətlər orta səviyyədən bir qədər aşağıdır.

 

Ən ucuz mənzillər isə şəhər ətrafı və yarımkənar ərazilərdə yerləşir. Məsələn, Suraxanı rayonunda orta qiymət cəmi 1836 AZN/kv.m olduğu halda, Xəzər rayonunda bu rəqəm 1913 AZN/kv.m civarındadır. Digər kənar rayonlardan Sabunçuda orta qiymət 2226 AZN/kv.m təşkil edir. Bu fərqlər ilk növbədə rayonların yerləşməsindən, infrastrukturundan və mənzillərin keyfiyyətindən qaynaqlanır. Şəhər mərkəzinə yaxın yerlərdə və yaxud metrostansiya, park, ticarət mərkəzi kimi imkanları bol olan rayonlarda qiymətlər daha yüksək formalaşır.

 

Məsələn, Nəsimi və Sabail kimi mərkəzi rayonlarda elit binalarda kvadratmetri 5000-7000 AZN civarında olan mənzillərə rast gəlmək olur. Əksinə, kənar qəsəbələrdə və mikrorayonlarda kvadratmetr qiyməti 1000-1500 AZN intervalında olan çoxlu sayda təklif mövcuddur.

 

Rayonlar üzrə qiymətlərin yeni və köhnə binalar arasında differensiasiyası da maraqlıdır. Məsələn, Suraxanıda yeni tikililərdə 1752–2230 AZN/kv.m , köhnə tikililərdə 1420–1995 AZN/kv.m diapazonunda qiymətlər qeydə alınıb, yəni orta hesabla 10-23% fərq var.

 

Mərkəzi rayonlarda isə yeni və köhnə tikili arasındakı fərq nisbətən azala bilər – məsələn, Nərimanov rayonunda bu fərq 3-16%, Xətai rayonunda 7-19% arasıdır. Ümumiyyətlə, bütün rayonlarda yeni tikililər köhnələrdən bahadır, lakin mərkəzdə köhnə binalar da yüksək yerə və infrastrukura malik olduqları üçün qiymətləri kifayət qədər yüksək olaraq qalır.


Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

İkinci Dünya Müharibəsi zamanı xarici məxfi agentlər tənha bir kottecdə yerləşdirilirdi. Agentlər nəzarət altında, mühafizə olunmurdular, lakin bəzən divarı yar...

KİV: İran İsrailə yeni raket zərbələri endirib

İranın Silahlı Qüvvələri İsrail ərazisinə ballistik raketlər atıb.   Sfera.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. ...

Abraham Linkolnun öldürülməsinin qarşısını ala bilmədiyi üçün ağlını itirdi - FOTO

Birlik ordusunun mayoru Henri Rathbone bütün həyatını günahkar hiss edərək keçirib. O, Abraham Linkolnun qatili Con Uilks Butun qarşısını ala bilmədiyi üçün ağl...

Nasistlərin illərlə işgəncə verib iki dəfə edam etdiyi admiralın dəhşətli hekayəsi

Nasistlərin ən nifrət etdiyi şeylərdən biri vətənə xəyanət idi. Bu səbəbdən Hitlerin sərt idarəçilik tərzinə qarşı çıxan admiral Kanaris ölümü dadsın deyə əvvəl...

Netanyahu: "İki dəfə Trampı öldürmək istəyib"

İran bütün Qərbi təhdid edib və iki dəfə Trampı öldürmək istəyib.   Sfera.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu videomü...

Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım -FOTO

Azərbaycan Prezidenti İlham Əliyev “X”dəki hesabında 15 iyun Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaşımı təqdim ...